SOCAR-da lay sularının təmizlənməsi sahəsində görülən işlər müzakirə olunub

Posted by

Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (SOCAR) ekoloji məsələlərə həsr olunan müşavirə keçirilib.

SOCAR-ın mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, müşavirədə hasilat zamanı əmələ gələn lay sularının idarə olunması, mövcud standartlara uyğun təmizlənilməsi və neft şlamlarının utilizasiyası məsələləri müzakirə edilib.

Tədbirdə 2014-cü il ərzində lay sularının təmizlənməsi sahəsində görülən işlərin nəticələrindən və cari ildə qarşıda duran vəzifələr barədə ətraflı söhbət açılıb.

Müşavirədə SOCAR-ın ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə, neftin, qazın hasilatı və nəqli üzrə vitse-prezident Rəhman Qurbanov, emal üzrə vitse-prezident David Məmmədov, şirkətin müəssisələrinin və əməliyyat şirkətlərinin rəhbərləri iştirak ediblər.

AzərTac.az