Ümumrusiya Azərbaycanlılar Konqresi Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü qeyd edib

Posted by

Ümumrusiya Azərbaycanlılar Konqresi Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü qeyd edib

Ümumrusiya Azərbaycanlılar Konqresi Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü qeyd edib

 

Ümumrusiya Azərbaycanlılar Konqresi Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü qeyd edib

“Azərbaycan ilə Rusiya arasındakı münasibətlər inkişaf edir və bu gün yüksək səviyyədədir. Azərbaycan müstəqil dövlət kimi Rusiyanı dəstəkləyir. Azərbaycan ilə Rusiya arasında kənd təsərrüfatı və digər məhsulların göndərilməsi haqqında yeni müqavilələr imzalanıb. Rusiyanın demək olar bütün nazirləri bu ilin sentyabr-oktyabr aylarında Azərbaycanda rəsmi səfərdə olublar. Bu da münasibətlərimizin yüksək səviyyədə olduğunu təsdiq edir. Bu gün Rusiya çətin günlər yaşayır. Rusiya vətəndaşı olan azərbaycanlılar öz dövlətini dəstəkləməli, eyni zamanda öz Vətənini – Azərbaycanı unutmamalıdır”. Bu sözləri Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə və Yeni ilə həsr olunmuş təntənəli tədbirdə səsləndirib.

 

Səfir Ümumrusiya Azərbaycanlılar Konqresinin təşkil etdiyi tədbirdə ölkələrimiz arasındakı mehriban qonşuluq əlaqələrinin davam etdirilməsinin əhəmiyyətini vurğulayıb. Diplomat Azərbaycan Prezidenti İlham Əliyevi doğum günü münasibətilə Rusiyada yaşayan bütün azərbaycanlılar adından təbrik edib.

 

Ümumrusiya Azərbaycanlılar Konqresinin prezidenti Məmməd Əliyev Rusiya və bütün dünya azərbaycanlılarını Həmrəylik Günü və qarşıdan gələn Yeni il münasibətilə ürəkdən təbrik edib. O bildirib ki, azərbaycanlılar lap qədimdən bütün çətinliklərin öhdəsindən ruslarla çiyin-çiyinə gəliblər. M.Əliyev deyib: “Biz mürəkkəb dövrdə yaşayırıq. Bizim vəzifəmiz – ən yaxşı xüsusiyyətlərimizi göstərmək və qardaş xalq ilə birlikdə bu vəziyyətdən çıxmaqdır”. ÜAK-ın prezidenti vurğulayıb ki, elə həmin gün konqresin mərkəzi şurasının iclası keçirilib. İclasda 2014-cü ilə yekun vurulub və 2015-ci il üçün plan müəyyən olunub. Məmməd Əliyev Azərbaycan Prezidenti İlham Əliyevi doğum günü münasibətilə təbrik edib.

 

ÜAK-ın icraçı direktoru İlqar Hacıyev Ümumrusiya Azərbaycanlılar Konqresinin fəallarına medal və diplomlar təqdim edib. Sahibkar İlqar Hacıyev, ÜAK-ın Şimali Qafqaz dairəsi üzrə dairə şurasının sədri Nəsrəddin Ocaqverdiyev, ÜAK-ın Ryazan vilayətindəki nümayəndəsi Mehman Ağarzayev geniş ictimai fəaliyyətə görə medallar, ÜAK Mərkəzi Şurasının üzvü Əliyar Dəmirov, ÜAK-ın Çuvaşiya Respublikasındakı regional bölməsinin rəhbəri Əziz Bədirov və başqaları fəxri diplomlar ilə mükafatlandırılıblar.

 

Tədbir rəngarəng konsert proqramı ilə davam edib. Konsertdə Azərbaycanın Xalq Artisti Samir Cəfərov, Əməkdar Artist Sərxan Sərxan, P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının aspirantı Riad Məmmədov, klarnet ustası, beynəlxalq müsabiqələr laureatı, Perm Opera və Balet Teatrının dirijoru Georgi Mənsurov və başqaları iştirak ediblər.

 

AzərTac.az