Azərbaycanın Gürcüstandakı səfirliyi Ermənistanla sərhəddə fəaliyyət göstərən Azərbaycandilli məktəblərə hədiyyələr göndərib

Posted by

Azərbaycanın Gürcüstandakı səfirliyi Ermənistanla sərhəddə fəaliyyət göstərən Azərbaycandilli məktəblərə hədiyyələr göndəribAzərbaycanın Gürcüstandakı səfirliyi Ermənistanla sərhəddə fəaliyyət göstərən Azərbaycandilli məktəblərə hədiyyələr göndərib

Azərbaycanın Gürcüstandakı səfirliyi Ermənistanla sərhəddə fəaliyyət göstərən Azərbaycandilli məktəblərə hədiyyələr göndərib

Azərbaycanın Gürcüstandakı səfirliyi Marneuli rayonunun Ermənistanla sərhəddə yerləşən Tsopi kənd və Sadaxlı kənd 1 və 2 saylı məktəblərinə 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram sovqatı – televizor, DVD, müxtəlif məzmunlu kitablar, o cümlədən Gürcüstan qanunvericiliyinə aid kitablar və məktəb çantaları hədiyyə edib.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, Azərbaycan səfirliyinin birinci katibi İlyas Məmmədov və səfirliyin mədəniyyət və humanitar məsələlər üzrə müşaviri Samirə Ağayeva, Sadaxlı Dirçəliş İttifaqının sədri Sabir Mehdiyev və jurnalistlər məktəblərdə keçirilən tədbirlərdə iştirak ediblər. Azərbaycanlıların və ermənilərin bir yerdə oxuduğu Tsopi kənd orta məktəbində qonaqları məktəb direktoru Həzən Əzizov qarşılayıb. Sonra səfirliyin əməkdaşları məktəb müəllimləri ilə söhbət edib, sinif otaqlarına baxış keçiriblər. Qeyd edək ki, Tsopi məktəbində 47 azərbaycanlı şagird və 7 erməni şagirdi təhsil alır və onlara 24 müəllim dərs deyir. Məktəb direktoru məktəbin problemlərini səfirlik əməkdaşlarının nəzərinə çatdırıb. Qeyd olunub ki, məktəbdə 17 sinif otağı bərbad vəziyyətdədir, qışda məktəbin qızdırılmasında çətinliklər mövcuddur. Direktor H. Əzizov bildirib ki, gələn ildən ARDNŞ-in Gürcüstan nümayəndəliyi məktəb binasının əsaslı təmirini plana salıb.

 

Azərbaycan səfirliyinin nümayəndələri Sadaxlı kəndində fəaliyyət göstərən 1 və 2 saylı orta məktəblərə də baş çəkiblər. Onlar məktəb direktorları Sayad Xəlilov və Adil Şərifov, həmçinin müəllimlərlə görüşüblər. Müəllimlər məktəbdə Azərbaycan tarixi fənninin tədris edilməsinə imkan yaradılmasını xahiş ediblər. Onlar məktəblərdə Azərbaycandilli dərsliklərin çatışmadığını və son bir neçə ildir Azərbaycandan dərslik göndərilmədiyini söyləyiblər.

 

Apa.az