Hesablama Palatası qaçqın və məcburi köçkünlərin kommunal xərcləri və müavinətləri ilə bağlı büdcədən ayrılan vəsaitlərinin istifadəsini araşdırıb

Posted by

Hesablama Palatası qaçqın və məcburi köçkünlərin kommunal xərcləri və müavinətləri ilə bağlı büdcədən ayrılan vəsaitlərinin istifadəsini araşdırıbHesablama Palatası qaçqın və məcburi köçkünlərin kommunal xərcləri və müavinətləri ilə bağlı büdcədən ayrılan vəsaitlərinin istifadəsini araşdırıb

Hesablama Palatası qaçqın və məcburi köçkünlərin kommunal xərcləri və müavinətləri ilə bağlı büdcədən ayrılan vəsaitlərinin istifadəsini araşdırıb

Hesablama Palatasının Kollegiya iclası keçirilib.

 

APA-nın məlumatına görə, Kollegiya iclasında “Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən 2011-2013-cü illərdə məskunlaşmamış qaçqınların və məcburi köçkünlərin kommunal xərcləri və müavinətlərlə bağlı dövlət büdcəsindən ayrılan vəsaitlərin istifadəsi” mövzusunda aparılan analitik təhlilin nəticələri üzrə Analitik arayış, Vergilər Nazirliyinin 11 saylı Ərazi Vergi Departamentində vergi qanunvericiliyinə riayət olunmasına və dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu və ehtiyat fondundan Goranboy rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsinə dair auditin nəticələri barədə hesabat və rəylər geniş müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.

 

Müvafiq zəruri tədbirlərin görülməsi və nəticələri barədə Hesablama Palatasına məlumatların verilməsi üçün Kollegiya Qərarının aidiyyəti dövlət qurumlarına göndərilməsi, eyni zamanda, audit tədbirlərinin nəticələri barədə məlumatların qanunvericiliklə nəzərdə tutulmuş qaydada Milli Məclisə təqdim olunması qərara alınıb.

 

Apa.az