İmtahanda iştirak edən 288 nəfər müsabiqə şərtini ödəyərək müsahibəyə buraxılıb
Dövlət Vergi orqanlarında işləmək istəyən namizədlər üçün keçirilmiş tеst imtаhаnının nəticələri açıqlanıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasınnın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Vergilər Nazirliyi ilə birgə noyabrın 16-da vergi orqanlarına işə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirilib. İmtahan bütün binalarda saat 11:00-da başlanıb və 3 saat ərzində aparılıb.
İmtahanın nəticələri elə həmin gün saat 17:30-dan etibarən TQDK-nın internet saytında elan olunub. İmtahanda iştirak etmək üçün 1717 namizəd qeydiyyatdan keçib. Onlardan 344 namizəd imtahana gəlməymb. 1 nəfər imtahan qaydalarını pozduğu üçün imtahandan xaric edilib. İmtahanda iştirak edən 1372 namizəddən 288 nəfəri müsabiqə şərtini ödəyərək – 70 və daha yüksək bal toplayaraq ikinci mərhələyə-müsahibəyə buraxılıb. Ən yüksək nəticə 94 bal olub.
Apa/az