Dövlət Vergi orqanlarında işləmək istəyən namizədlər üçün keçirilmiş tеst imtаhаnının nəticələri açıqlanıb

Posted by

Dövlət Vergi orqanlarında işləmək istəyən namizədlər üçün keçirilmiş tеst imtаhаnının nəticələri açıqlanıbİmtahanda iştirak edən 288 nəfər müsabiqə şərtini ödəyərək müsahibəyə buraxılıb

Dövlət Vergi orqanlarında işləmək istəyən namizədlər üçün keçirilmiş tеst imtаhаnının nəticələri açıqlanıb

Dövlət Vergi orqanlarında işləmək istəyən namizədlər üçün keçirilmiş tеst imtаhаnının nəticələri açıqlanıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasınnın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Vergilər Nazirliyi ilə birgə noyabrın 16-da vergi orqanlarına işə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirilib. İmtahan bütün binalarda saat 11:00-da başlanıb və 3 saat ərzində aparılıb.

İmtahanın nəticələri elə həmin gün saat 17:30-dan etibarən TQDK-nın internet saytında elan olunub. İmtahanda iştirak etmək üçün 1717 namizəd qeydiyyatdan keçib. Onlardan 344 namizəd imtahana gəlməymb. 1 nəfər imtahan qaydalarını pozduğu üçün imtahandan xaric edilib. İmtahanda iştirak edən 1372 namizəddən 288 nəfəri müsabiqə şərtini ödəyərək – 70 və daha yüksək bal toplayaraq ikinci mərhələyə-müsahibəyə buraxılıb. Ən yüksək nəticə 94 bal olub.

 

Apa/az