“28 May” metrosunda sakinlərin köməyinə çatacaq yenilik

Posted by

"28 May" metrosunda sakinlərin köməyinə çatacaq yenilik

 

“28 May” metrosunda sakinlərin köməyinə çatacaq yenilik

"28 May" metrosunda sakinlərin köməyinə çatacaq yenilik

 

Bakının təmir olunan stansiyası sərnişinlərə xeyli yenilik vəd edir

Xeyli müddətdir təmir olunan metronun “28 May” stansiyasındakı yeniliklər mərmər döşəmə, işıqlı çilçıraqla bitmir. Metroda sərnişinlərə kömək olacaq avadanlıqlar quraşdırılır.

 

Milli.Az xəbər verir ki, stansiyadakı yenilikləri içəri daxil olmadan görmək mümkündür. Stansiyanın əsas giriş-çıxışının qarşısında böyük elektron lövhə quraşdırılıb. Həmin lövhədə paytaxt sakinləri, şəhərin qonaqları üçün kömək olacaq məlumatlar yerləşdirilir.

 

Lövhənin üzərində hava məlumatı, saat, metroda qatarların hərəkət istiqamətləri, gedə biləcəyiniz marşrut göstərilir.

 

Sərnişinlər özlərinə lazım olan məlumatları 3 dildə həmin lövhədən əldə edə biləcəklər. Bunlar Azərbaycan, İngilis və Rus dilləridir.