Ziyafət Əsgərov: “Zəngəzurun Azərbaycandan alınması türk dünyası arasında coğrafi əlaqəni kəsdi, amma biz bu baryerləri aşıb keçəcəyik”

Posted by

“Bakı-Tiflis-Qars dəmir yolu təkcə nəqliyyat layihəsi deyil, həm də dövlətlərin yaxınlaşmasına kömək edən ciddi bir layihədir”.

APA-nın məlumatına görə, bu sözləri Azərbaycan Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Bakıda keçirilən Türkdilli ölkələrin Parlament Assambleyasının (TürkPA) İqtisadiyyat, Ticarət və Maliyyə məsələləri üzrə komissiyasının 3-cü iclasında çıxışında deyib.

Gələn ilin əvvəllərində artıq Bakı-Tiflis-Qars dəmir yolunun fəaliyyətə başlayacağını söyləyən Z. Əsgərov “Şahdəniz-2” layihəsinə də toxunub. O bildirib ki, “Şahdəniz-2”nin imzalanması həm Azərbaycan qazının, həm də gələcəkdə Orta Asiya ölkələrinin qaz resurslarının Avropaya çatdırılmasında mühüm rol oynayacaq: “Bu, o deməkdir ki, nəqliyyat lokomotivinin əsas hissəsi türk dünyasının payına düşür. Düzdür, ötən əsrin əvvəllərində Zəngəzur mahalının Azərbaycandan alınaraq Ermənistana verilməsi türk dünyası arasındakı coğrafi əlaqəni kəsdi. Buna baxmayaraq, biz bu coğrafi baryerləri də aşıb keçəcəyik. Arzu edərdim ki, bu məsələdə Orta Asiya ölkələri daha fəal olsunlar ki, qarşıya qoyulan məqsədə nail olaq”.

Apa.az