Ziyafət Əsgərov: “ATƏT-in Minsk Qrupu həmsədrlərinin helikopterin vurulması ilə bağlı bəyanatı təxribatdır”

Posted by

Ziyafət Əsgərov: “ATƏT-in Minsk Qrupu həmsədrlərinin helikopterin vurulması ilə bağlı bəyanatı təxribatdır”Ziyafət Əsgərov: “ATƏT-in Minsk Qrupu həmsədrlərinin helikopterin vurulması ilə bağlı bəyanatı təxribatdır”

Ziyafət Əsgərov: “ATƏT-in Minsk Qrupu həmsədrlərinin helikopterin vurulması ilə bağlı bəyanatı təxribatdır”

“ATƏT-in Minsk Qrupu həmsədrlərinin cəbhə bölgəsində helikopterin vurulması ilə bağlı bəyanatı təxribatdır, mənasız və məntiqsizdir”.

 

APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin plenar iclasında Azərbaycan Respublikasının 2015-ci il üçün büdcə zərfinin müzakirəsi zamanı Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov deyib.

 

O, ATƏT-in Minsk Qrupuna həmsədr ölkələrin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü tanıdığını bir daha xatırladıb: “Bizim qarşımızda bir problem var, bu da Dağlıq Qarabağ problemidir. ATƏT-in Minsk Qrupunun həmsədrləri təxribat xarakterli bəyanat veriblər ki, guya vertolyot neytral zonada yerləşir. Biz bunu mənasız bəyanat hesab edirik. Vertolyotun düşdüyü yer Azərbaycan ərazisidir. Həmsədrlərin təmsil olunduğu hər üç ölkə Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıyıb. Bu baxımdan Minsk Qrupu həmsədrlərinin bu cür bəyanat verməsi təxribatdır, mənasız və məntiqsizdir”.

 

Qeyd edək ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri – səfir İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ), Pyer Andriunun (Fransa) birgə bəyanat yayaraq, hərbi helikopterin vurulduğu əraziyə giriş imkanı olmadığına görə narahatlıqlarını ifadə ediblər. Onlar tərəfləri helikopter vurulan ərazidə və ətrafında atəşi dayandırmağa, həmin ərazilərin minalardan təmizlənməsi prosesini asanlaşdırmağa, Soçi, Nyuport və Paris şəhərlərində əldə olunmuş razılıqlara riayət etməyə çağırıb.

 

       APA.az