Özbəkistan Azərbaycanda istehsal olunan müdafiə və ikili təyinatlı məmulatlara maraq göstərir

Posted by

Yanvarın 29-da nazir Yavər Camalov Müdafiə Sənayesi Nazirliyinin tabeli müəssisələrində istehsal olunan müdafiə və ikili təyinatlı məmulatlarla yaxından tanış olmaq üçün Azərbaycanda səfərdə olan Özbəkistanın müdafiə nazirinin birinci müavini – Baş Qərargah rəisi general-mayor Şavqat Normatovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə Trend-ə nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Nazir Yavər Camalov nümayəndə heyətinə nazirliyin fəaliyyəti ilə bağlı məlumat verdi.

General-mayor Şavqat Normatov Özbəkistan tərəfinin Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan müdafiə və ikili təyinatlı məmulatlara maraq göstərdiyini bildirdi.

Görüşdə Azərbaycan ilə Özbəkistan arasında müdafiə sənayesi sahəsi üzrə əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edildi.

Üçgünlük səfər çərçivəsində Özbəkistan nümayəndə heyəti MSN-in bir neçə müəssisəsində olmuş, istehsal prosesini yaxından izləmişdir.

Görüşdə Özbəkistanın Azərbaycandakı səfiri Şerzod Fayziyev iştirak edirdi.

Trend.az