Zakir Həsənov Silahlı Qüvvələrin şəxsi heyətini təbrik edib

Posted by

Zakir Həsənov Silahlı Qüvvələrin şəxsi heyətini təbrik edibZakir Həsənov Silahlı Qüvvələrin şəxsi heyətini təbrik edib

Zakir Həsənov Silahlı Qüvvələrin şəxsi heyətini təbrik edib

Azərbaycanın müdafiə naziri 18 oktyabr – Dövlət müstəqilliyi günü münasibətilə Silahlı Qüvvələrin şəxsi heyətini təbrik edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, Silahlı Qüvvələrimizin zabit, gizir, miçman, çavuş, əsgər və matroslarını 18 oktyabr – Dövlət Müstəqilliyi Günü münasibətilə səmimi-qəlbdən təbrik edən müdafiə naziri general-polkovnik Zakir Həsənov bildirib ki, dövlət müstəqilliyinin əldə edilməsi xalqımızın ən böyük nailiyyətlərindən biridir.

O, qeyd edib ki, əldə edilmiş müstəqilliyin, vətəndaş birliyinin, həmrəyliyin, sabitliyin qorunub saxlanılması, Azərbaycanın müstəqil dövlət olaraq dünya dövlətləri arasında rolunun və nüfuzunun möhkəmləndirilməsi məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

Z.Həsənov qeyd edib ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında regionun lider dövləti kimi beynəlxalq nüfuzunu və iqtisadi qüdrətini artıran ölkəmizdə iqtisadiyyatın dinamik inkişafı təmin edilib, əhalinin həyat səviyyəsi yaxşılaşdırılıb, respublikamızın müdafıə qüdrətinin artırılması sahəsində böyük uğurlara nail olunub və müstəqilliyimiz daha da möhkəmlənib.

Müdafiə naziri şəxsi heyətin hər bir üzvünə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, təlimlərdə, eyni zamanda, döyüş hazırlığının artırılmasında uğurlar arzulayıb: “İnanıram ki, siz silah və texnikanın sirlərini dərindən mənimsəyəcək, bilik və bacarığınızı, ata və babalarımızın qəhrəmanlıq nümunələrindən bəhrələnərək döyüş qabiliyyətinizi daha da artıracaq, hər an dövlət müstəqilliyimizin qorunması və işğal olunmuş torpaqlarımızın azad edilməsi naminə döyüşə hazır olacaqsınız”.

 

Trend.az