Zakir Həsənov: Silahlı Qüvvələr döyüş və mənəvi-psixoloji hazırlıqda yeni uğurlar əldə etmək üçün səyləri daha da artıracaq

Posted by

Zakir Həsənov: Silahlı Qüvvələr döyüş və mənəvi-psixoloji hazırlıqda yeni uğurlar əldə etmək üçün səyləri daha da artıracaq

Zakir Həsənov: Silahlı Qüvvələr döyüş və mənəvi-psixoloji hazırlıqda yeni uğurlar əldə etmək üçün səyləri daha da artıracaqZakir Həsənov: Silahlı Qüvvələr döyüş və mənəvi-psixoloji hazırlıqda yeni uğurlar əldə etmək üçün səyləri daha da artıracaq

Azərbaycan müdafiə naziri Zakir Həsənov Dövlət Bayrağı Günü münasibətilə Silahlı Qüvvələrin şəxsi heyətini təbrik edib.

Trend-in nazirliyin saytına istinadən verdiyi məlumata görə, milli-mənəvi dəyərlərə hörmət və müqəddəs dövlətçilik rəmzlərinə böyük ehtiram göstərən Prezidentimiz cənab İlham Əliyevin Dövlət Bayrağı Gününün təsis olunması haqqında imzaladığı sərəncamın böyük tarixi əhəmiyyəti vardır: “Ölkə rəhbərliyi tərəfindən aparılan uğurlu siyəsət nəticəsində müstəqil respublikamızda demokratik və hüquqi dövlət quruculuğu sahəsində böyük nailiyyətlər qazanılmış, dövlətçiliyimiz möhkəmlənmiş, tərəqqi və inkişaf yolu ilə inamla irəliləyən ölkəmizin müdafiə qüdrəti daha da artmışdır. İnanıram ki, Azərbaycan Respublikasının Konstitusiyasına, Hərbi Anda və nizamnamələrə bundan sonra da sadiq qalacaq, döyüş və mənəvi-psixoloji hazırlıqda yeni uğurlar əldə etmək üçün səylərinizi daha da artıracaq və hər an ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasına hazır olacaqsınız”.

Qeyd edək ki, noyabrın 9-u Azərbaycanda Dövlət Bayraq günü kimi qeyd olunur.