Yunanıstanın Baş naziri Azərbaycana gələcək

Posted by

Yunanıstanın Baş naziri Azərbaycana gələcəkYunanıstanın Baş naziri Azərbaycana gələcək

Yunanıstanın Baş naziri Azərbaycana gələcək

Yunanıstanın Baş naziri Antonis Samaras sentyabrın 20-də “Əsrin müqaviləsi”nin 20 illiyinə həsr olunmuş tədbirdə iştirak etmək üçün Bakıya səfər edəcək. Bu barədə Trend Yunanıstanın “Athens News Agency” agentliyinə istinadən məlumat verir.

Səfər zamanı A.Samaras Azərbaycan rəhbərliyi ilə görüşlər keçirməyi planlaşdırır.

Yunanıstan nümayəndə heyətinə, həmçinin ətraf mühit naziri Yannis Maniatis və hökumətin mətbuat katibi Sofiya Vultepsi daxil olacaq.

Baş nazir Bakıya səfəri zamanı tədbirdə iştirak etmək üçün ölkəmizə gələcək digər dövlət liderləri ilə də görüşməyi planlaşdırır.

 

Trend.az