Yaponiyanın Azərbaycandakı səfiri və UNİSEF-in nümayəndəsi Ağdaşda olub

Posted by

Yaponiyanın Azərbaycandakı səfiri və UNİSEF-in nümayəndəsi Ağdaşda olub

 

Yaponiyanın Azərbaycandakı səfiri və UNİSEF-in nümayəndəsi Ağdaşda olub

Yaponiyanın Azərbaycandakı səfiri və UNİSEF-in nümayəndəsi Ağdaşda olub

 

“Ağdaş şəhərində məktəbin gigiyenik şəraitinin yaxşılaşdırılması” layihəsinin başa çatması münasibətilə tədbir keçirilib.

 

APA-nın məlumatına görə Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı proqramı” çərçivəsində həyata keçirilən layihənin əsas məqsədi Ağdaş şəhər 3 saylı orta məktəbdə yeni sanitar qovşaq tikməklə 1363 şagird və 275 müəllim üçün gigiyenik şəraiti yaxşılaşdırmaq olub.

 

Layihənin başa çatması münasibətilə keçirilən tədbirdə Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşi, BMT-nin Uşaqlara Yarım Fondu Təşkilatının (UNİSEF) Azərbaycandakı nümayəndəsi Mark Hevard, rayon icra hakimiyyətinin başçısı Tofiq İbrahimov, “Yerli İdarəetməyə Yardım” İctimai Birliyinin sədri Vüsal Mirzəyev çıxış edib.

 

Qonaqlar Ağdaşda həyata keçirilən bu pilot layihə əsasında orta məktəbdə inşa edilən müasir sanitar qovşaqla tanış olub, orada müəllim və şagirdlər üçün yaradılan şəraitlə maraqlanıblar. Mütəxəssislər uşaqlara sağlamlıq üçün əməl edilməsi vacib olan qaydalar, uşaqlar arasında yoluxucu xəstəliklərin yayılmaması üçün sanitar-gigiyenik şəraitin təmin edilməsinin vacibliyi barədə məlumat verib.

 

Müəllim və şagirdlərin sağlamlığının qorunması üçün gələcəkdə Ağdaşda və Azərbaycanın digər rayonlarında da bu cür işlərin həyata keçirilməsi planlaşdırılır.

 

Qeyd edilib ki, Yaponiya səfirliyinin Ağdaş rayonunda ilk dəfə həyata keçirdiyi bu layihənin ümumi məbləği 121,950 ABŞ dolları təşkil edib. Yaponiya Hökuməti Azərbaycanda iqtisadi infrastrukturun yaxşılaşdırılması, kənd təsərrüfatı, sosial sahə, mədəniyyət və insan resurslarının inkişafı üçün layihələrin icrasına vəsait ayırır. “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı proqramı” çərçivəsində indiyədək Azərbaycanda 179 layihə üçün qrant müqaviləsi imzalanıb və onların icrası məqsədilə 143.821.336 ABŞ dolları məbləğində vəsait ayrılıb.

 

Apa.az