Yanvarda 924 işçi ilə əmək müqaviləsi bağlanılması təmin edilib

Posted by

Yanvarda 924 işçi ilə əmək müqaviləsi bağlanılması təmin edilib

Yanvarda 924 işçi ilə əmək müqaviləsi bağlanılması təmin edilib

Yanvarda 924 işçi ilə əmək müqaviləsi bağlanılması təmin edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin regional strukturları tərəfindən qeyri-leqal məşğulluq hallarının aradan qaldırılması istiqamətində cari ilin yanvar ayında apardığı işlər nəticəsində ayrı-ayrı müəssisələr üzrə ümumilikdə 924 işçi ilə əmək müqaviləsinin bağlanılması təmin edilib.

 

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, işəgötürənlər və əmək kollektivləri arasında tərəflərin razılığı əsasında əmək münasibətlərinə dair əlavə şərtləri müəyyən edən 24 kollektiv müqavilə bağlanılıb.

 

Qeyd edilən dövrdə işçilərə ödənilməsi gecikdirilmiş ümumilikdə 90 472 manat məbləğində sosial xarakterli ödəmələrin ödətdirilməsi təmin olunub. Həmin vəsaitlərdən 84 974 manatını əmək haqları, 4 534 manatını zərərə görə ödənclər, 964 manatını sosial müavinət və kompensasiyalar təşkil edib.

 

Apa.az