Xəstələrə və əlillərə qayğı göstərmək cəmiyyətin mənəvi borcudur

Posted by

Xəstələrə və əlillərə qayğı göstərmək cəmiyyətin mənəvi borcudur

Xəstələrə və əlillərə qayğı göstərmək cəmiyyətin mənəvi borcudur

 

 

Xəstələrə və əlillərə qayğı göstərmək cəmiyyətin mənəvi borcudur

Milad bayramı və Yeni il ərəfəsində, dekabrın 19-da Azərbaycanın Moldovadakı səfirinin xanımı Natəvan Makili-Əliyeva Moldovanın ombudsmanı Aureliya Qriqoriu və Moldova Azərbaycanlıları Konqresinin prezidentinin həyat yoldaşı Şəfəq Quliyeva ilə birlikdə Kişineuda sağlamlıq imkanları məhdud olan uşaqlara, yeniyetmələrə və yaşlılara sosial yardım və reabilitasiya xidmətləri göstərən “Humanitas” və “Ümid və sağlamlıq” assosiasiyalarında olub.

 

Görüşdə qeyd edilib ki, xəstələrə və əlillərə qayğı göstərmək cəmiyyətin və onun hər bir üzvünün mənəvi borcudur. Onların cəmiyyətə adaptasiyası şərtlərini mükəmməlləşdirmək lazımdır, lakin bu insanların özlərini gərəkli və sosial cəhətdən aktiv hiss etməsi daha vacibdir. Natəvan Makili-Əliyeva xüsusi vurğulayıb ki, bütün azərbaycanlı qadınlar kimi onun üçün də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın səmərəli fəaliyyəti layiqli nümunədir.

 

“Humanitas” və “Ümid və sağlamlıq” assosiasiyalarının sədrləri Aureliya Raku və Lyudmila Andreyçuk cəmiyyətin ən müdafiəsiz üzvlərinin – sağlamlıq imkanları məhdud olan insanların və əlillərin problemlərinə daim diqqət və qayğı ilə yanaşdığına görə Azərbaycan səfirliyinə uşaqların və onların valideynlərinin adından çox böyük minnətdarlıqlarını bildiriblər.

 

Görüşün sonunda reabilitasiyadan keçən xəstələrin və əlillərin hər birinə Milad hədiyyəsi və Yeni il suvenirləri təqdim olunub.

 

Qeyd etmək lazımdır ki, N.Makili-Əliyeva və Ş.Quliyeva Moldovada akkreditə olunmuş səfirlərin xanımlarını birləşdirən Beynəlxalq Qadın Klubunun və bizim diaspor təşkilatının üzvləridir.

 

AzərTac.az