XİN: Türkiyə, Azərbaycan və Gürcüstan üçtərəfli əməkdaşlığı genişləndirəcək

Posted by

XİN: Türkiyə, Azərbaycan və Gürcüstan üçtərəfli əməkdaşlığı genişləndirəcəkXİN: Türkiyə, Azərbaycan və Gürcüstan üçtərəfli əməkdaşlığı genişləndirəcək

XİN: Türkiyə, Azərbaycan və Gürcüstan üçtərəfli əməkdaşlığı genişləndirəcək

Türkiyə, Azərbaycan və Gürcüstan üçtərəfli əməkdaşlığı genişləndirmək niyyətindədirlər. Trend xəbər verir ki, bu barədə çərşənbə günü Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Twitter” sosial şəbəkəsindəki səhifəsində bildirib.

 

Nazir qeyd edib ki, bundan başqa, tərəflər TANAP (Trans Anadolu qaz kəməri) və Bakı-Tbilisi-Qars dəmiryol xətti kimi layihələrin reallaşdırılması çərçivəsində əməkdaşlığı davam etdirmək niyyətindədirlər.

 

Azərbaycan, Türkiyə və Gürcüstanın xarici işlər nazirlərinin növbəti görüşü dekabrın 10-da Qarsda keçiriləcək.

 

Görüş çərçivəsində siyasi məsələlərlə yanaşı, iqtisadi və enerji məsələlərinin də müzakirə olunacağı bildirilir.

 

Trend.az