Xalid Nəcəfova “Əməkdar mühəndis” fəxri adı verildi

Posted by

Xalid Nəcəfova "Əməkdar mühəndis" fəxri adı verildiXalid Nəcəfova “Əməkdar mühəndis” fəxri adı verildi

Xalid Nəcəfova "Əməkdar mühəndis" fəxri adı verildi

Azərbaycan Prezidenti İlham Əliyev Xalid Nəcəfova “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

 

Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində mühəndis fəaliyyəti sahəsində səmərəli xidmətlərinə görə Xalid Məhəmməd oğlu Nəcəfova “Əməkdar mühəndis” fəxri adı verilsin.

 

Qeyd edək ki, X.Nəcəfov Fövqəladə Hallar Nazirliyinin Tikintiyə Nəzarət Dövlət Agentliyi Baş Dövlət Tikinti Müfəttişliyinin rəisidir.

 

Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində mühəndis fəaliyyəti sahəsində səmərəli xidmətlərinə görə Səxavət Böyükbala oğlu Əsədova da “Əməkdar mühəndis” fəxri adı verilib.

 

Trend.az