Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirəcək

Posted by

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirəcəkVətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirəcək

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirəcək

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan statusu qazanıb.

 

APA-nın məlumatına görə, Azərbaycan prezidentinin müvafiq fərmanına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi elektron informasiya sisteminə Vergilər Nazirliyi ilə bərabər Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin real vaxt rejimində inteqrasiya olunmasını təmin etməlidir.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Vergilər Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminə Vergilər Nazirliyinin və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin real vaxt rejimində, məhdudiyyətsiz və fasiləsiz çıxışını təmin etmək məqsədilə xüsusi ötürülmə zolağının yaradılması üçün zəruri texniki və təşkilati tədbirləri həyata keçirməlidir.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Vergilər Nazirliyi, Ədliyyə Nazirliyi və Dövlət Sosial Müdafiə Fondu ilə bərabər bundan sonra Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi də əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin fəaliyyəti üçün zəruri olan məlumat mübadiləsinin real vaxt rejimində həyata keçirilməsini təmin etməlidir.

 

Dövlət Agentliyinin vəzifələri sırasına prezident tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə verilmiş tapşırıqların icrası ilə bağlı əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin fəaliyyətinin təşkilinə dair dövri qiymətləndirmə aparmaq və nəticəsi barədə Azərbaycan prezidentinə hesabat vermək də daxil edilib. Dövlət Agentliyi əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin fəaliyyətinin təşkilinə dair qiymətləndirmələrin nəticələri barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Vergilər Nazirliyinə məlumat verməlidir. Dövlət Agentliyi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əmək müqaviləsi bildirişi üzrə xidmətin “Elektron hökumət” portalı vasitəsi ilə həyata keçirilməsini təmin etmək üçün həyata keçirdiyi tədbirlərin icrası ilə bağlı da dövrü qiymətləndirmə aparmalı və nəticəsi barədə Azərbaycan prezidentinə hesabat verməlidir.

 

Apa.az