Vergi orqanlarında işə qəbul olunmuş gənc kadrlarla görüş keçirilib

Posted by

Vergi orqanlarında işə qəbul olunmuş gənc kadrlarla görüş keçirilib

Vergi orqanlarında işə qəbul olunmuş gənc kadrlarla görüş keçirilib

Vergi orqanlarında işə qəbul olunmuş gənc kadrlarla görüş keçirilib

Azərbaycan Vergilər Nazirliyində vergi orqanlarında işə qəbul edilmiş gənc kadrlarla görüş keçirilib.

 

Vergilər Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, vergilər nazirinin müavini Sahir Məmmədxanov yeni işə qəbul olunmuş gənclərə uğurlar arzulayıb. O, insan resurslarının idarə olunmasının Vergilər Nazirliyi rəhbərliyinin daim diqqət mərkəzində saxlanıldığını vurğulayıb.

 

S. Məmmədxanov bildirib ki, Vergilər Nazirliyi ölkədə işə qəbulu test üsulu əsasında keçirməyə başlamış ilk mərkəzi icra hakimiyyəti orqanıdır: “İndiyədək keçirilmiş 8 belə müsabiqə nəticəsində vergi xidmətinə 977 nəfər gənc kadr işə qəbul olunub. Bu, vergi xidməti əməkdaşlarının təxminən 42%-i deməkdir. Hazırda vergi orqanlarında çalışanların 40%-dən çoxunu yaşı 35-dən aşağı olan gənclər təşkil edir. Onların arasında qadınların sayı da ildən-ilə artmaqdadır”.

 

Azərbaycan prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın şöbə müdiri Afaq Hüseyn, Təhsil Nazirliyinin əlavə təhsil sektorunun müdiri Zöhrab Kəlbəliyev, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təşkilat şöbəsinin müdiri Arzu Bağırov tədbirdə çıxış edərək gənclərə hər cür şərait yaradılmasının Azərbaycanın gənclər siyasətinin tərkib hissəsi olduğunu vurğulayaraq, Vergilər Nazirliyinin bu sahədəki fəaliyyətini yüksək qiymətləndirmiş və gənclərə uğurlar arzulayıb.

 

Tədbirin sonunda işə təyin olunmuş yeni kadrlara xidməti vəsiqələr təqdim edilib.

 

Apa.az