Varşavada 28 may-Respublika Günü qeyd edilmişdir

Posted by

Varşavada 28 may-Respublika Günü qeyd edilmişdir

Varşavada 28 may-Respublika Günü qeyd edilmişdir

Varşavada 28 may-Respublika Günü qeyd edilmişdir

Azərbaycanın Polşadakı səfirliyi Varşavanın tarixi Kral sarayında 28 may-Respublika Günü münasibətilə bayram tədbiri təşkil etmişdir.

Səfirlikdən AzərTAc-a bildirmişlər ki, konsert və rəsmi qəbuldan ibarət bayram tədbirində Polşa Respublikası Prezidenti Administrasiyasının rəhbəri Yatsek Mixalovski və aparatın yüksək vəzifəli şəxsləri, Seymin və Senatın deputatları, Nazirlər Kabinetinin, eləcə də bir çox nazirliklərin, o cümlədən Xarici İşlər, Təhsil, Səhiyyə, Mədəniyyət, Daxili İşlər, Müdafiə və digər nazirliklərin təmsilçiləri, Milli Təhlükəsizlik Bürosunun, Milli Elmlər Akademiyasının, ali təhsil ocaqlarının, beyin mərkəzlərinin, beynəlxalq təşkilatların, diplomatik korpusun nümayəndələri, Pruşkov, Radom, Qnezno, Serotsk şəhərlərinin icra başçıları, Azərbaycanın diaspor təşkilatlarının rəhbərləri və üzvləri iştirak etmişlər.

Səfir Həsən Həsənov tədbirdə çıxış edərək müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin tarixi haqqında danışmışdır.

Sonra Azərbaycan musiqiçilərinin ifasında tanınmış bəstəkarlarımızın əsərlərindən ibarət konsert proqramı təqdim olunmuşdur. Konsert iştirakçılar tərəfindən böyük maraqla qarşılanmışdır.

Konsert proqramı rəsmi qəbulla davam etmişdir.

 

AzərTac.az