Ukraynanın Patriarxı Filaretə müqəddəs Qurani-Kərim hədiyyə edilib

Posted by

Ukraynanın Patriarxı Filaretə müqəddəs Qurani-Kərim hədiyyə edilibUkraynanın Patriarxı Filaretə müqəddəs Qurani-Kərim hədiyyə edilib

Ukraynanın Patriarxı Filaretə müqəddəs Qurani-Kərim hədiyyə edilib

Azərbaycan Ukrayna Beynəlxalq Alyansın sədri Elmar Məmmədov cümə günü Kiyev və bütün Ukraynanın Patriarxı Filaret ilə görüşüb.

 

Trend-in Alyansa istinadən verdiyi məlumata görə, görüş zamanı tərəflər Ukraynanın sosial-siyasi vəziyyətini müzakirə ediblər.

 

E. Məmmədov bildirib ki, alyansın əsas məqsədi Azərbaycan və Ukrayna xalqları arasında dostluq əlaqələrini daha da yüksəltməkdir.

 

Azərbaycan Ukrayna Beynəlxalq Alyansın sədri sonda Kiyev və bütün Ukraynanın Patriarxı Filaretə müqəddəs Qurani-Kərim kitabını hədiyyə edib.

 

Trend.az