Ukraynanın Dnepropetrovsk vilayəti ilə Bakı arasında birbaşa aviareys açılıb

Posted by

Ukraynanın Dnepropetrovsk vilayəti ilə Bakı arasında birbaşa aviareys açılıb

Ukraynanın Dnepropetrovsk vilayəti ilə Bakı arasında birbaşa aviareys açılıb

Ukraynanın Dnepropetrovsk vilayəti ilə Bakı arasında birbaşa aviareys açılıb

Ukraynanın Dnepropetrovsk vilayəti ilə Bakı arasında birbaşa aviareys açılıb.

 

Trend-in xəbərinə görə, yeni təyyarə reysinin açılış mərasimində “Dnepoavia” şirkətinin kommersiya direktoru Sergey Pasılayev çıxış edərək, dünyanın müxtəlif ölkələrinə uçuşlar həyata keçiriən şirkət haqda ətraflı məlumat verib. O, Dnepropetrovsk vilayətində fəaliyyət göstərən Azərbaycan diasporunun çoxsaylı müraciətinə əsasən Dnepropetrovsk-Bakıya təyyarə reysinin açıldığını diqqətə çatdırıb.

 

Yeni açılan reysin ilkin olaraq həftədə bir dəfə – şənbə günləri həyata keçiriləcəyini bildirən S.Pasılayev iyun ayının ortalarından başlayaraq uçuşların sayının artırılacağını vurğulayıb.

 

Mərasımdə Azərbyacanla Ukrayna arasındakı tarixi dostluq əlaqələrinin inkişaf dinamikasından söz açan Dnepropetrovsk Vilayət Deputatlar Şurasının sədri Yevgeni Udod Dnepropetrovsk-Bakı təyyarə reysinin açlmasını ölkələrimiz arasındakı iqtisadi, mədəni əlaqələrin inkişafına səmərəli töhfə verəcəyini bildirib. O, bir neçə ay öncə ölkəmizdə səfərdə olduğunu və Azərbaycanın qlobal inkişaf dinamikasından heyrətləndiyini deyib. Y.Udod yeni reysin açılmasını dünyanın ən gözəl şəhərlərindən birinə çevrilən müasir Bakını görmək istəyənlər üçün ən səmərəli fürsət adlandırıb. O, ilk təyyarə reysinin sərnişinlərinə uğurlar arzulayıb.

 

Mərasimdə Azərbaycanın Ukraynadakı səfirliyinin diplomatı Sabir Rzayev, Ukrayna Azərbaycanlı Gənclər Birliyinin Dnepropetrovsk vilayət təşkilatının sədri Elza Bəkirova və digərləri çıxış edərək Dnepropetrovsk-Baki təyyarə reysinin açılmasına görə “Dneproavia” kompaniyasının rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

 

Sonra Dnepropetrovsk şəhərindən Bakıya istiqamət götürən ilk təyyarə reysinin uçuşuna start verilib. Dnepropetrovsk şəhərindən Vətənə yola düşən təyyarə reysinin ilk sərnişinləri yeni reysin açılmasında xidməti olanlara təşəkkürlərini çatdırıblar.

 

Trend.az