Ukrayna portalı Xocalı soyqırımı və Qarabağ müharibəsi qəhrəmanı haqqında informasiya yerləşdirmişdir

Posted by

Ukrayna portalı Xocalı soyqırımı və Qarabağ müharibəsi qəhrəmanı haqqında informasiya yerləşdirmişdir

Ukrayna portalı Xocalı soyqırımı və Qarabağ müharibəsi qəhrəmanı haqqında informasiya yerləşdirmişdir

Ukrayna portalı Xocalı soyqırımı və Qarabağ müharibəsi qəhrəmanı haqqında informasiya yerləşdirmişdir

Ukraynanın nüfuzlu “Antifaşist” portalında Azərbaycan Dövlət Teleqraf Agentliyinin – AzərTAc-ın Kiyevdəki xüsusi müxbiri Zeynal Ağazadənin “Poltavada Xocalı faciəsinin 22-ci ildönümünə və Qarabağ müharibəsi qəhrəmanı Oleq Babakın doğum gününə həsr olunmuş tədbir keçirilmişdir” sərlövhəli materialı yerləşdirilmişdir.

Materialda deyilir ki, Bakı Slavyan Universitetinin (BSU) Poltava İqtisadiyyat və Ticarət Universiteti (PİTU) nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət və Təhsil Mərkəzində (AMTM) Qarabağın azadlığı uğrunda həlak olmuş Sovet İttifaqı Qəhrəmanı, Poltava vilayəti sakini Oleq Babakın doğum gününə və Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş “dəyirmi masa” keçirilmişdir.

Tədbirdə universitetin elmi işlər və beynəlxalq məsələlər üzrə prorektoru Olqa Karpenko, Beynəlxalq Elm və Təhsil Mərkəzinin rəisi İrina İsenko, PİTU-da təhsil alan azərbaycanlı və ukraynalı, habelə müxtəlif ölkələrdən olan yaşıdları, “Azərbaycanın dostları klubu”nun üzvləri, Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun fəalları iştirak etmişlər.

Tədbir iştirakçıları əvvəlcə Dağlıq Qarabağda və Kiyevin Müstəqillik Meydanında həlak olanların xatirəsini bir dəqiqəlik sükutla anmışlar.

Sonra AMTM-in direktoru, dosent Yaşar Alxasov tədbir iştirakçılarını mərkəzdə fəaliyyət göstərən Oleq Babak guşəsi ilə tanış etmişdir. O, Poltava vilayətinin Viktoriya kəndinin (Piryatin rayonu) sakini O.Babakın döyüş bioqrafiyasından danışaraq bildirmişdir ki, cəsur leytenant 1991-ci il aprelin 7-də təqribən 70 nəfərlik silahlı erməni dəstəsinin hücumuna məruz qalmışdır.

Erməni silahlıları tərəfindən mühasirəyə alınan igid zabit son gülləsinədək atışaraq həlak olmuşdur. O, bu fədakarlığı ilə tabeliyindəkilərin həyatını qurtarmış, dinc sakinlərə divan tutulmasının qarşısını almışdır. SSRİ DİN-in Daxili Qoşunlarının leytenantı Oleq Yakovleviç Babaka hərbi borcunun yerinə yetirilməsi zamanı göstərdiyi qəhrəmanlığa və rəşadətə görə ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adı verilmişdir.

“Dəyirmi masa”da bildirilmişdir ki, belə faciələr bütün tərəqqipərvər və sülhsevər bəşəriyyətə ədalətin zəfər çalması və sülhün təntənəsi naminə səyləri birləşdirmək çağırışı olmalıdır.

Materialla http://antifashist.com/stat/23265-v-poltave-sostojalos-meroprijatie-posvjaschennoe-22j-godovschine-hodzhalinskoj-tragedii-i-dnju-rozhdenija-geroja-karabahskoj-vojny-olega-babaka.html linkində tanış olmaq mümkündür.

 

AzərTac.az