TRT-nin baş direktoru: “Azərbaycanda nə baş versə, gündəmimizdə əsas məsələ olur”

Posted by

TRT-nin baş direktoru: “Azərbaycanda nə baş versə, gündəmimizdə əsas məsələ olur”TRT-nin baş direktoru: “Azərbaycanda nə baş versə, gündəmimizdə əsas məsələ olur”

TRT-nin baş direktoru: “Azərbaycanda nə baş versə, gündəmimizdə əsas məsələ olur”

“Qardaş Azərbaycan üçün nə etmək lazımdırsa, TRT bütün bunları edir”. Bunu APA-ya açıqlamasında TRT-nin baş direktoru Şenol Göka deyib.

 

Ş. Göka bildirib ki, indiyə qədər Azərbaycana gələ bilməməsini böyük çatışmazlıq sayır: “Ancaq ən azı Azərbaycandan qardaşlarımızı Türkiyəyə dəvət edərək bu çatışmazlığı aradan qaldırmağa çalışdıq. Əməkdaşlığımız yaxşı səviyyədədir, daha da inkişaf etdirilə bilər. Azərbaycana səfərimizin məqsədi də budur”.

 

TRT-nin baş direktoru Azərbaycana hər zaman xüsusi diqqət yetirdiklərini vurğulayıb: “Azərbaycanda nə baş verirsə versin, gündəmimizdə əsas məsələ olur. Bir azərbaycanlının əhvalı yaxşı olmasa, biz xəstə olarıq, bir azərbaycanlının burnu qanasa, biz yatağa düşərik. Türkiyədə həm ənənəvi, həm də İnternet mediasında Azərbaycana münasibətin belə olduğunu düşünürəm”.

 

Apa.az