TÜRKPA-ya sədrlik Türkiyə Böyük Millət Məclisindən Azərbaycan Milli Məclisinə keçmişdir

Posted by

TÜRKPA-ya sədrlik Türkiyə Böyük Millət Məclisindən Azərbaycan Milli Məclisinə keçmişdir

TÜRKPA-ya sədrlik Türkiyə Böyük Millət Məclisindən Azərbaycan Milli Məclisinə keçmişdir

TÜRKPA-ya sədrlik Türkiyə Böyük Millət Məclisindən Azərbaycan Milli Məclisinə keçmişdir

İyunun 12-də Azərbaycan Respublikası Milli Məclisində Türkdilli Ölkələrin Parlament Assambleyası (TÜRKPA) Şurasının V iclası işə başlamışdır.

AzərTAc xəbər verir ki, şuranın iclasında Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan parlamentlərinin sədrləri iştirak edirlər.

İclası TÜRKPA-nın fəaliyyətdə olan sədri, Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək açaraq qurumun ötən ilki fəaliyyəti barədə məlumat vermişdir.

Cəmil Çiçək bildirmişdir ki, son iki həftə ərzində türk dünyası üçün önəmli tədbirlər keçirilir. Belə ki, ötən həftə Türkiyənin Bodrum şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV Zirvə toplantısı keçirilmişdir. Bu gün isə TÜRKPA Şurasının V iclası keçirilir. Bu tədbirlər ölkələrimiz arasındakı dostluq və qardaşlıq əlaqələrinin təcəssümüdür.

Sonra TÜRKPA-ya sədrlik Türkiyə Böyük Millət Məclisindən Azərbaycan Milli Məclisinə keçmişdir.

Milli Məclisin sədri Oqtay Əsədov Türkiyə Böyük Millət Məclisinin sədrinə ötən dövrdə səmərəli fəaliyyətinə görə təşəkkürünü bildirmiş və quruma sədrliyi qüruru hissi ilə qəbul etdiyini vurğulamışdır.

Qeyd edilmişdir ki, artıq beş ildə ikinci dəfədir assambleyanin əsas tədbirləri Bakıda keçirilir.

TÜRKPA-nın nüfuzlu bir təşkilata çevrildiyini deyən O.Əsədov qurumun dövlətlər arasında iqtisadi, mədəni, siyasi əlaqələrin yaradılmasına öz töhfəsini verdiyini söyləmişdir.

O.Əsədov Azərbaycan Milli Məclisinin TÜRKPA-ya sədrliyi dövründə görəcəyi işlər barədə də məlumat vermişdir.

Sonra Cəmil Çiçək Türkiyə tərəfinin təşkilata sədrliyi dövründəki fəaliyyəti barədə məruzə ilə çıxış etmişdir.

 

AzərTac.az