TÜRKPA türk dünyasının səsini beynəlxalq aləmə çatdıran təşkilata çevrilir

Posted by

TÜRKPA türk dünyasının səsini beynəlxalq aləmə çatdıran təşkilata çevrilir

TÜRKPA türk dünyasının səsini beynəlxalq aləmə çatdıran təşkilata çevrilir

 

TÜRKPA türk dünyasının səsini beynəlxalq aləmə çatdıran təşkilata çevrilir

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov noyabrın 21-də Bakıda keçirilən Türkdilli Ölkələrin Parlament Assambleyasına (TÜRKPA) üzv dövlətlərin sosial siyasət komitələrinin 2-ci birgə toplantısının iştirakçıları ilə görüşüb.

 

AzərTAc xəbər verir ki, təşkilatın fəaliyyətini yüksək dəyərləndirən Ziyafət Əsgərov bildirib ki, TÜRKPA bütün sahələrdə əməkdaşlığın inkişafına töhfə verən və türk dünyasının səsini beynəlxalq aləmə çatdıran bir quruma çevrilir. TÜRKPA hazırda bir sıra beynəlxalq təşkilatlarda müşahidəçi qismində iştirak edir. Milli Məclis sədrinin birinci müavini deyib: “Bizim ortaq tariximiz və mədəniyyətimiz var. Buna görə də siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlıq etməyimiz vacibdir”.

 

Türkiyə Böyük Millət Məclisinin sağlamlıq, ailə, iş və sosial məsələlər komitəsinin sədri Necdet Ünüvar deyib ki, belə toplantılar üzv ölkələr arasında əlaqələrin inkişafında, qanunvericilik sahəsində əməkdaşlığın genişlənməsində mühüm rol oynayır.

 

 

 

Azərbaycana ilk dəfə səfər etdiyini deyən Qazaxıstan Məclisi sosial və mədəni məsələlər komitəsinin üzvü Kamal Burhanov bildirib ki, Bakı müasir bir şəhərə çevrilib. O vurğulayıb ki, türkdilli ölkələr arasında sosial sahədə qarşılıqlı əlaqələrin inkişafı önəmlidir. K.Burhanov Qazaxıstanın qardaş Azərbaycan ilə ikitərəfli əlaqələrinin daim inkişaf etməsinin məmnunluq doğurduğunu söyləyib.

 

AzərTac.az