Türkiyənin UNESCO-dakı nümayəndəsi: “Ümid edirəm ki, Ermənistan nümayəndəliyi Azərbaycanın böyüklüyünü qiymətləndirəcək və qarşıdurmaya getməyəcək”

Posted by

Türkiyənin UNESCO-dakı nümayəndəsi: “Ümid edirəm ki, Ermənistan nümayəndəliyi Azərbaycanın böyüklüyünü qiymətləndirəcək və qarşıdurmaya getməyəcək”“Ümid edirəm ki, Ermənistanın UNESCO-dakı nümayəndəliyi Azərbaycan tərəfinin böyüklüyünü qiymətləndirəcək və qarşıdurmaya getməyəcək”.

Türkiyənin UNESCO-dakı nümayəndəsi: “Ümid edirəm ki, Ermənistan nümayəndəliyi Azərbaycanın böyüklüyünü qiymətləndirəcək və qarşıdurmaya getməyəcək”

APA-nın məlumatına görə, bunu Türkiyənin UNESCO-dakı nümayəndəsi Hüseyn Avni Botsalı deyib.

 

O qeyd edib ki, Ermənistan lavaşı özünün qeyri-maddi mədəni irsi kimi siyahıya salmağa çalışsa da, Türkiyə tərəfi lavaşın bölgə xalqlarının mətbəx nümunəsi olduğunu qabardıb: “Ümumiyyətlə, Azərbaycan və Türkiyənin UNESCO-dakı nümayəndəlikləri birgə fəaliyyət göstərir, davamlı olaraq bir-biri ilə məlumat bölüşür, məsləhətləşirlər. UNESCO-nun fəaliyyəti yalnız mədəni sahədə deyil. Burada digər – təhsil, regionda sülh kimi önəmli məsələlər də qabardılır və biz Azərbaycanla birlikdə bu istiqamətdə öz təkliflərimizi, ideyalarımızı ortaya qoyuruq. Bölgəmizdə sülhün möhkəmləndirilməsi üçün ortaq fəaliyyətimizin böyük önəmi var”.

 

Apa.az