Türkiyənin “Star” qəzetində 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı məqalə dərc olunub

Posted by

Türkiyənin "Star" qəzetində 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı məqalə dərc olunub

Türkiyənin “Star” qəzetində 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı məqalə dərc olunub

Türkiyənin "Star" qəzetində 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı məqalə dərc olunub

Türkiyənin “Star” qəzetində 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı geniş məqalə dərc olunub. Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri və eyni zamanda Xəzər Universitetinin müəllimi olan Araz Aslanlının müəllifi olduğu məqalədə 31 Mart soyqırımının səbəbləri və nəticələri haqqında geniş məlumat verilib.

Trend-in məlumatına görə, məqalədə soyqırımın əsas səbəbləri kimi Rusiyanın regionda mövqelərini gücləndirmə istəyi, radikal erməni qrupların “böyük Ermənistan” xülyası, Birinci Dünya müharibəsindən və Bolşevik inqilabından sonra regionda yaranan boşluqda silahlı bolşevik və erməni dəstələrinin geniş hərbi imkanlara malik olması, amma bunların qarşısında Azərbaycan əhalisinin müdafiəsiz qalmaları xüsusi vurğulanır.

Məqalədə qeyd olunur ki, hələ Azərbaycan Xalq Cümhuriyyəti dövründə 31 Mart soyqırımı ilə bağlı yaradılan xüsusi komissiya soyqırımla bağlı vacib faktları toplamışdı. Ancaq Sovet dövründə bu hadisənin unutdurulması üçün cəhdlər edildi.

SSRİ-nin dağılması ərəfəsində və SSRİ dağıldıqdan sonra geniş kütlələr 31 Mart soyqırımı barədə yenidən məlumat sahibi oldular. 1998-ci il martın 26-da isə Azərbaycan Prezidenti Heydər Əliyevin imzaladığı fərmanla 31 Mart Azərbaycanlıların Soyqırım Günü elan edildi.

Müəllif qeyd edir ki, istər 31 Mart soyqırımı, istərsə də Xocalı soyqırımı yaxşı araşdırılmalı, gələcək nəsillərə öyrədilməli və cinayətkarlarının cəzalandırılması üçün daha çox səylər göstərilməlidir ki, gələcəkdə bu cür hadisələr baş verməsin.

 

Trend.az