Türkiyədə müalicə olunan hərbçilərimizdən biri Vətənə qayıdıb

Posted by

Türkiyədə müalicə olunan hərbçilərimizdən biri Vətənə qayıdıb

 Türkiyədə müalicə olunan hərbçilərimizdən biri Vətənə qayıdıb

 

 

Türkiyədə müalicə olunan hərbçilərimizdən biri Vətənə qayıdıb

Düşmənin kəşfiyyat-təxribat qruplarının hücum cəhdinin qarşısının alınması zamanı yaralanan, sonradan müalicəsini davam etdirmək üçün Türkiyəyə yola salınan gizir Ədalət Məmmədov noyabrın 29-da Vətənə qayıdıb.

 

AzərTAc xəbər verir ki, Ədalət Məmmədovu Heydər Əliyev Beynəlxalq Aeroportunda Müdafiə Nazirliyinin, Türkiyənin ölkəmizdəki səfirliyinin nümayəndələri və hərbçinin yaxınları qarşılayıblar.

 

Müalicədən sonra özünü yaxşı hiss etdiyini bildirən Ə.Məmmədov deyib: “Göstərilən yüksək diqqət və qayğıya görə Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevə və xalqımıza təşəkkür edirəm”.

 

Gizirin qardaşı Vilayət Məmmədov müalicə prosesinin uğurla keçdiyini vurğulayaraq deyib: “Düşmən hücumunun qarşısını alarkən yaralanmış hərbi qulluqçularımızın, o cümlədən qardaşımın tezliklə sağalıb Vətənə qayıtması üçün göstərilən diqqətə görə ailəmiz adından Azərbaycan və Türkiyə dövlətlərinə minnətdarlığımı bildirirəm”.

 

AzərTac.az