Türkiyə Strateji Araşdırmalar Mərkəzinin direktoru: ‘Türkiyə-Azərbaycan əlaqələri qızıl dövrünü yaşayır’

Posted by

Türkiyə Strateji Araşdırmalar Mərkəzinin direktoru: 'Türkiyə-Azərbaycan əlaqələri qızıl dövrünü yaşayır'Türkiyə Strateji Araşdırmalar Mərkəzinin direktoru: ‘Türkiyə-Azərbaycan əlaqələri qızıl dövrünü yaşayır’

Türkiyə Strateji Araşdırmalar Mərkəzinin direktoru: 'Türkiyə-Azərbaycan əlaqələri qızıl dövrünü yaşayır'

Bu gün ADA Universitetində “Azərbaycan-Türkiyə münasibətlərində siyasi təhlükəsizlik aspektləri” mövzusunda dəyirmi masa keçirilib.

 

APA-nın məlumatına görə, konfransda çıxış edən Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Fərhad Məmmədov iki ölkə arasındakı əməkdaşlığın yüksək səviyyədə olduğunu diqqətə çatdırıb.

 

Türkiyə Xarici İşlər Nazirliyi yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Əli Rəsul Usul isə ikitərəli əlaqələri 4 istiqamətdə dəyərləndirib: “Ölkələrimiz arasındakı əlaqələr qızıl dövrünü yaşayır. Buna misal kimi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın seçkilərdən sonra ilk rəsmi səfərini Bakıya etməsini çəkmək olar. Səfər ənənəvi xarakter daşısa da, bunun xüsusi əhəmiyyəti var. Eyni zamanda əlaqələr strateji baxımdan da yüksələn xətt üzrə inkişaf edir”.

 

Ə. Usul Azərbaycan və Türkiyənin ən çətin zamanlarda bir-birlərinə dayaq olduqlarını qeyd edib: “Azərbaycanın yüksəlməsi həm də Türkiyənin yüksəlməsidir. Təbii ki, mövcud inkişafla kifayətlənmək olmaz. Belə ki, münasibətlərin daha da inkişaf etməsi üçün strateji hədəfləri müəyyənləşdirmək lazımdır”.

 

Azərbaycan Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin əməkdaşı Turab Qurbanov isə çıxışı zamanı bildirib ki, ölkələrimizin qədim tarixə söykənən münasibətləri mövcuddur: “Ən çətin zamanlarda daim bir-birimizin yanında olmuşuq. Azərbaycanın regionda güclü dövlət olması Türkiyənin dünya siyasətində nüfuzunun artmasına öz töhfəsini verir”.

 

Dağlıq Qarabağ probleminə toxunan T. Qurbanov BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin, eləcə də bəzi beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərin işğalçı Ermənistan tərəfindən hələ də icra olunmadığını vurğulayıb. T. Qurbanov Türkiyənin bu məsələdə ədalətli mövqe sərgilədiyini yüksək dəyərləndirib.

 

Daha sonra dəyirmi masa mövzu ətrafında müzakirələrlə davam edib.

 

Qeyd edək ki, Azərbaycanda keçirilən “Türkiyə həftəsi” çərçivəsində Azərbaycan və Türkiyə nümayəndə heyətləri Qəbələ şəhərində “Azərbaycan-Türkiyə münasibətləri: imkanlar və çağırışlar” mövzusunda dəyirmi masada da iştirak edəcəklər. Sonra qonaqlar Ağdama səfər edəcək. “Türkiyə həftəsi” noyabrın 5-də mətbuat konfransı ilə yekunlaşacaq.

 

APA.az