Türkiyə Quru Qoşunlarının komandanı Azərbaycan Silahlı Qüvvələrinin təhsil mərkəzlərində olub

Posted by

Bakıda səfərdə olan Türkiyə Quru Qoşunlarının komandanı, ordu generalı Hulusi Akar Azərbaycan Silahlı Qüvvələrinin təhsil mərkəzlərində olub.

APA-nın məlumatına görə, H. Akarın başçılıq etdiyi Türkiyə nümayəndə heyəti Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə, Müdafiə Nazirliyinin Təlim və Tədris Mərkəzinə baş çəkərək orada təlim və tədris prosesinin təşkili ilə maraqlanıb. Eyni zamanda Azərbaycanın hərbi təhsil müəssisələrində xidmət edən Türkiyə Silahlı Qüvvələrinin zabitləri ilə görüşüb.

Ordu generalı H. Akar Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasında da olub.

Apa.az