Türkiyə Jandarm Komandanlığının nümayəndə heyəti Azərbaycana səfərə gəlib

Posted by

Türkiyə Jandarm Komandanlığının yüksəkrütbəli zabitlərindən ibarət nümayəndə heyəti Azərbaycanda səfərdədir.

Trend-in məlumatına görə, nümayəndə heyətinə Türkiyə Jandarm Komandanlığının Baş Kadrlar və Planlaşdırma-Prinsiplər idarələrinin zabitləri daxildir.

Türkiyə hərbçilərindən ibarət nümayəndə heyətinə polkovnik Bekir Üzel rəhbərlik edir.

Türkiyəli qonaqların daxili işlər nazirinin müavini, Daxili Qoşunların komandanı general-mayor Şahin Məmmədov, eləcə də Azərbaycan Silahlı Qüvvələrinin digər rəsmi şəxsləri ilə görüşləri planlaşdırılır.

Görüşlərdə mövcud əməkdaşlığın hazırkı səviyyəsi, eləcə də əlaqələrin genişləndirilməsi barədə fikir mübadiləsinin aparılacağı gözlənilir.