Türkiyə Hərbi Hava Qüvvələrinin təlimlərdə iştirak edəcək aviasiyası Azərbaycandadır

Posted by

Türkiyə Hərbi Hava Qüvvələrinin təlimlərdə iştirak edəcək aviasiyası AzərbaycandadırTürkiyə Hərbi Hava Qüvvələrinin təlimlərdə iştirak edəcək aviasiyası Azərbaycandadır

Türkiyə Hərbi Hava Qüvvələrinin təlimlərdə iştirak edəcək aviasiyası Azərbaycandadır

İrimiqyaslı birgə taktiki təlimlərin növbəti mərhələsində iştirak etmək üçün Türkiyə Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri sentyabrın 18-də Azərbaycana gəlib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sentyabrın 19-da keçiriləcək təlimlərin növbəti mərhələsində Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus 30-dan artıq aviasiya vasitələri, o cümlədən, MiQ-29, F-16 qırıcı, Su-25 hücum və C-130 Herkules hərbi-nəqliyyat təyyarələri, Mi-24, AH-1W Super Cobra döyüş və Mi-17, Sikorski UH-60 döyüş-nəqliyyat helikopterləri iştirak edəcəklər.

Təlimlərdə iki ölkənin Hərbi Hava Qüvvələrinin müştərək fəaliyyətlərinin planlaşdırılması, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyət və döyüş uzlaşması imkanlarının öyrənilməsi, o cümlədən, havadan zərbələr endirməklə yer hədəflərinin məhv edilməsi tapşırıqları yerinə yetiriləcək.

Aviasiya vasitələrinin gəlişi davam edir.

 

Trend/az