Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin təhsil nazirləri ADA Universitetində olublar

Posted by

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin təhsil nazirlərinin üçüncü görüşü çərçivəsində ADA Universitetində bu ali təhsil ocağının və “SABAH” layihəsi çərçivəsində digər ali təhsil müəssisələrində təhsil alan bir qrup tələbə ilə görüş keçirilib.

Bu barədə Təhsil Nazirliyindən AzərTAc-a məlumat verilib.

Görüşdə Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov, Türkiyənin milli təhsil naziri Nəbi Avcı, Qırğızıstanın təhsil və elm naziri Kanat Sadıkov, Qazaxıstan Təhsil Nazirliyinin məsul katibi Aliya Qalimova və digər qonaqlar iştirak ediblər.

Qonaqları ADA Universitetinin yerli və əcnəbi tələbələri, professor-müəllim və inzibati heyəti qarşılayıb.

ADA Universitetinin rektoru Hafiz Paşayev qonaqlara bu ali təhsil müəssisəsinin yaradılması, əldə edilmiş nailiyyətlər və gələcək planlar barədə məlumat verib.

Tədbirdə Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin təhsil nazirlərinin görüşünün əhəmiyyəti və qəbul olunan qərarların önəmi vurğulanıb.

Görüşdə tələbələrin türkdilli dövlətlərlə mümkün mübadilə və təhsil proqramları, eləcə də digər məsələlərlə bağlı sualları cavablandırılıb.

AzərTac.az