“Təhsil və media dialoqu” mövzusunda praktik konfrans başa çatıb

Posted by

“Təhsil və media dialoqu” mövzusunda praktik konfrans başa çatıb“Təhsil və media dialoqu” mövzusunda praktik konfrans başa çatıb

“Təhsil və media dialoqu” mövzusunda praktik konfrans başa çatıb

Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Təhsil və media dialoqu” mövzusunda praktik konfrans başa çatıb. APA-nın xəbərinə görə, Bakı Ali Neft Məktəbində keçirilən praktik konfransın ikinci panelində Təhsil Nazirliyinin İnformasiya şöbəsinin QHT və KİV-lə iş sektorunun mütəxəssisi Samir Paşayevin moderatorluğu ilə “Sosial mediada necə təqdim olunmalı?” mövzusu ətrafında müzakirələr aparılıb.

 

İclasın davamında Təhsil Nazirliyinin İnformasiya şöbəsinin QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov professor, mətbuat tədqiqatçısı Şirməmməd Hüseynovu prezident İlham Əliyevin sərəncamı ilə “Şərəf” ordeni alması münasibətilə tədbir iştirakçıları adından təbrik edib. Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Şirməmməd Hüseynova BANM-in “Fəxri qonaq” diplomunu təqdim edib.

 

Qeyd edək ki, tədbirin birinci paneli Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında, ikinci paneli isə Bakı Ali Neft Məktəbində keçirilib.

 

Tədbirə “APA Holdinq” və “Azad Azərbaycan” televiziyası informasiya dəstəyi veriblər.

 

Apa.az