Təhsil Nazirliyində yeni qurum yaradılır

Posted by

Təhsil Nazirliyində yeni qurum yaradılırTəhsil Nazirliyində yeni qurum yaradılır

Təhsil Nazirliyində yeni qurum yaradılır

Yaxın günlərdə Təhsil Nazirliyində Elmi Koordinasiya Şurası yaradılacaq. Trend-in məlumatına görə, bunu Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov bu gün Bakıda keçirilən “Elektron hökumətin qurulması problemləri” mövzusunda ilk elmi-praktiki konfransda çıxışı zamanı deyib.

 

Nazirin sözlərinə görə, Şura bir çox məsələlərlə məşğul olacaq, ilk növbədə ali təhsil müəssisələrində həyata keçirilən elmi fəaliyyətlərin əlaqələndirilməsini, elmi işlərin dünya elmi məkanına inteqrasiyasını təmin edəcək.

 

M.Cabbarov qeyd edıb ki, bu gün Azərbaycanda 1765 təhsil müəssisəsi Azərbaycan Təhsil Şəbəkəsinə və internetə qoşulub. Yaxın günlərdə Təhsil Nazirliyində elektron dərslik portalının da təqdimatı keçiriləcək. Bu portalda 6-7 siniflər üzrə 20 dərslik yerləşdirilib. Bu ilin sonuna kimi daha 5 dərsliyin portala daxil edilməsi planlaşdırılır.

 

Trend.az