Təhsil nazirinin müavini: “Qaynar xətt”ə daxil olan müraciətlərin sayı kifayət qədər çoxdur

Posted by

Təhsil nazirinin müavini: "Qaynar xətt"ə daxil olan müraciətlərin sayı kifayət qədər çoxdurTəhsil nazirinin müavini: “Qaynar xətt”ə daxil olan müraciətlərin sayı kifayət qədər çoxdur

Təhsil nazirinin müavini: "Qaynar xətt"ə daxil olan müraciətlərin sayı kifayət qədər çoxdur

Təhsil Nazirliyində yaradılmış “Qaynar xətt” hər zaman fəaliyyət göstərir və bura müraciətlərin sayı kifayət qədər çoxdur. Trend xəbər verir ki, bunu təhsil nazirinin müavini Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, “Qaynar xətt”ə hər bir müraciətlə bağlı müvafiq şöbələr tərəfindən araşdırmalar aparılır və lazımi tədbirlər görülür.

Nazir müavini həmçinin qeyd edib ki, Azərbaycanda peşə təhsili sahəsinə maraq getdikcə artır: “Peşə təhsili sahəsi Azərbaycanda Təsilin İnkişafı üzrə Dövlət Strategiyasında prioritet sahələrdən biri kimi səciyyələndirilir. Hiss edirik ki, bu sahəyə maraq artır. Burada əsas layihələrdən biri ötən ildən başlanan “Müasir Azərbaycan Peşəkarları” layihəsidir. Layihə çərçivəsində bir sıra işlər görülüb. Bütün bu layihələr beynəlxalq və yerli iri şirkətlərin iştirakı ilə birgə həyata keçirilir. Burada tədris olunan proqramlar real tələblərə uyğun formalaşdırılır. Belə layihələrin sayəsində peşəkarlıq səviyyəsinin və peşə təhsilinin ictimai nüfuzunun artmasına nail ola biləcəyik”.

C.Bayramov bildirib ki, belə layihələrin sayı getdikcə artır və bu yaxınlarda yeni bir tədris müəssisəsinin açılışı gözlənilir.

 

Trend.az