Taner Yıldıza Azərbaycanın Xatirə medalı təqdim olunub

Posted by

Taner Yıldıza Azərbaycanın Xatirə medalı təqdim olunubTaner Yıldıza Azərbaycanın Xatirə medalı təqdim olunub

Taner Yıldıza Azərbaycanın Xatirə medalı təqdim olunub

Bu gün Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyində Xəzər Strateji İnstitutunun (HASEN) fəaliyyətə başlamasının 2-ci ildönümü ilə bağlı konfrans keçirilib.

 

Azərbaycanın Türkiyədəki səfirliyindən Trend-ə verilən məlumata görə, tədbir HASEN-in fəaliyyətinə həsr olunmuş sənədli filmin nümayişi ilə başlayıb, sonra Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız və HASEN-in baş katibi Haldun Yavaşın çıxışları ilə davam edib. Çıxışlar əsnasında HASEN-in Xəzər regionu üzrə verdiyi tədqiqat xarakterli töhfələr, həmin qurumun gənc bir təşkilat olmasına baxmayaraq, qısa bir müddət ərzində enerji məsələlərində oynadığı əhəmiyyətli rol, Yaxın Şərq və Ukraynada baş vermiş hadisələrin Xəzər regionunun əhəmiyyətinə təsiri və Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Transanadolu qaz boru kəməri (TANAP) layihələrinin həyata keçirilməsində Azərbaycan və Türkiyənin sıx əməkdaşlığına dair məqamlara toxunulub.

 

Daha sonra Türkiyənin Neft-Qaz Korporasiyası (TPAO), “SOCAR Türkiyə”, Türkiyə Dövlət Boru Kəməri Şirkəti (BOTAŞ) və TANAP ilə HASEN arasında əməkdaşlıq müqavilələrinin imzalanması mərasimi keçirilib.

 

Tədbir zamanı Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov tərəfindən T.Yıldıza Azərbaycanın Xatirə medalı təqdim olunub.

 

Tədbir mətbuat konfransı formatında davam edərək başa çatıb.

 

Trend/az