İtaliyanın Modena şəhərinin işgüzar dairələri Azərbaycan ilə əməkdaşlığa maraq göstərir

Posted by

İtaliyanın Modena şəhərinin işgüzar dairələri Azərbaycan ilə əməkdaşlığa maraq göstərir

İtaliyanın Modena şəhərinin işgüzar dairələri Azərbaycan ilə əməkdaşlığa maraq göstərir

İtaliyanın Modena şəhərinin işgüzar dairələri Azərbaycan ilə əməkdaşlığa maraq göstərir

Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov Emilia-Romana vilayətinin Modena şəhərinə səfər etmişdir.

Səfərin məqsədi iqtisadi potensialına görə İtaliyanın qabaqcıl şəhərlərindən biri olan Modena ilə Azərbaycan arasında əməkdaşlığın müxtəlif istiqamətlərinin müəyyənləşdirilməsi olmuşdur.

Səfər zamanı Modenanın Ticarət Palatası və İtaliya-Azərbaycan Ticarət İnstitutu (İTAZERCOM) tərəfindən təşkil olunmuş seminarda iştirak edən Vaqif Sadıqov Azərbaycanın tarixi, ölkəmizin dövlət quruluşu və xarici siyasəti, həyata keçirilən iqtisadi və sosial islahatlar və bunun nəticəsində əldə edilmiş nailiyyətlər barədə məlumat vermişdir.

Diqqətə çatdırılmışdır ki, Azərbaycan dünyada ən yüksək inkişaf göstəricilərinin müşahidə olunduğu ölkələrdən biridir. Ölkəmiz qısa müddətdə sürətlə inkişaf edərək investisiya yatırılan ölkədən sərmayə qoyan ölkəyə çevrilmişdir. Azərbaycanın əsas iqtisadi göstəriciləri haqqında məlumat verilən tədbirdə vurğulanmışdır ki, ölkəmizdə son illərdə qeyri-enerji sektorunda nəzərəçarpacaq artım müşahidə olunmaqdadır.

İtaliya ilə Azərbaycan arasında əlaqələrin tarixi və müasir vəziyyəti haqqında danışan səfir V.Sadıqov bildirmişdir ki, bu gün əlaqələrimiz bütün sahələrdə uğurla inkişaf edir. Bunun nəticəsində İtaliya işgüzar dairələrinin ölkəmizin infrastruktur obyektləri, kənd təsərrüfatı, nəqliyyat, informasiya texnologiyaları, ətraf mühit, turizm və bir sıra digər sahələrə olan marağı getdikcə artmaqdadır.

Modena Ticarət Palatasının prezidenti Maurizio Torrecciani, İTAZERCOM-un prezidenti Manuela Traldi və yerli işgüzar dairələrin nümayəndələrinin iştirak etdikləri seminarda ölkəmizin makroiqtisadi inkişaf təmayülləri, maliyyə və investisiya imkanları, Azərbaycan-İtaliya əlaqələri ilə bağlı məsələlər diqqət mərkəzində olmuşdur.

Səfər çərçivəsində Modena Hərbi Akademiyasında olan V.Sadıqov qurumun rəhbəri general-mayor Cüzeppenikola Tota ilə görüşmüşdür. Söhbət zamanı ölkələrimiz arasında bir çox istiqamətlərdə, o cümlədən hərbi sahədə əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılmışdır.

Modena şəhərinin meri Ciorgio Piqi ilə keçirilmiş görüşdə Azərbaycanın və İtaliyanın şəhərləri arasında əlaqələrin inkişafı, iqtisadi, mədəni, humanitar və digər sahələrdə mövcud münasibətlərin daha da genişləndirilməsi istiqamətində müzakirələr aparılmışdır.

 

AzərTac.az