İtaliyanın Modena şəhərində “Azərbaycan diqqət mərkəzində” adlı seminar keçiriləcək

Posted by

Bu gün İtaliyanın Modena şəhərində “Azərbaycan diqqət mərkəzində” (Focus on Azerbaijan) adlı seminar keçiriləcək.

Azərbaycanın İtaliyadakı səfirliyindən APA-ya verilən məlumatına görə, səfirlik PROMEC və İtaliya-Azərbaycan Ticarət İnstitutu (İTAZERCOM) tərəfindən təşkil olunan tədbir Modena Ticarət-Sənaye Palatasının qərargahında baş tutacaq.

Tədbirdə Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov Azərbaycanda mövcud iqtisadi-siyasət vəziyyəti, ölkəmizin kommersiya və sərmayə yatırılması üçün potensialları barədə məlumat verəcək.

Bu cür görüşün iyunda davam etdirilməsi planlaşdırılır. Həmin görüşdə Azərbaycandan olan iş adamların nümayəndə heyətinin iştirak edəcəyi gözlənilir. Oktyabrda isə Modenadan olan nümayəndə heyəti Azərbaycana səfər edəcək.

Apa.az