İtaliya ictimaiyyəti Dağlıq Qarabağ münaqişəsi barədə məlumatlandırılıb http://azertag.az/xeber/818002

Posted by

İtaliya ictimaiyyəti Dağlıq Qarabağ münaqişəsi barədə məlumatlandırılıb  http://azertag.az/xeber/818002

İtaliya ictimaiyyəti Dağlıq Qarabağ münaqişəsi barədə məlumatlandırılıb

 

 

İtaliya ictimaiyyəti Dağlıq Qarabağ münaqişəsi barədə məlumatlandırılıb  http://azertag.az/xeber/818002

Ölkəmizin İtaliyadakı səfirliyinin təşkilatçılığı ilə Romadakı La Sapienza Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan üzrə Araşdırmalar və Tədqiqatlar Mərkəzində “Dağlıq Qarabağ münaqişəsi” mövzusunda konfrans keçirilib.

 

Azərbaycan və Qafqaz üzrə Gənc İtalyan Tədqiqatçılar Assosiasiyasının prezidenti Daniel Pommier, İtaliyanın Trentino-Alto Adige muxtar vilayətinin paytaxtı Trento şəhərindəki Azərbaycan Tədqiqatları Mərkəzinin rəhbəri Fernando Orlandi və başqaları müvafiq mövzu ilə bağlı məruzələrlə çıxış ediblər.

 

Geniş müzakirələrin aparıldığı tədbirdə münaqişənin tarixi, səbəbləri, onun həlli istiqamətində atılan addımlar, beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində tənzimlənməsi məsələləri təhlil olunub. Diqqətə çatdırılıb ki, münaqişəyə dair həqiqətləri İtaliya ictimaiyyətinə çatdırmaq baxımdan bu cür tədbirlərin keçirilməsi vacibdir.

 

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

 

AzərTac.az