Səyyar “ASAN xidmət” 10 gün ərzində Abşeron rayonunda 2395 sakinin müraciətinə baxmışdır

Posted by

Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, “ASAN xidmət” mərkəzlərinin təsis edilmədiyi regionlardakı əhaliyə xidmətlərin çatdırılması və mərkəzlərə gəlmədən vətəndaşların xidmətlərdən yararlanmalarının təmin edilməsi üçün zəruri müasir texnoloji avadanlıqla təchiz edilmiş irihəcmli xüsusi avtobuslar səyyar formada regionlarda əhaliyə xidmətlər göstərməkdə davam edir.

Aprel ayının ilk günlərində bu xidmətdən birinci olaraq Abşeron rayonunun sakinləri yararlanmışlar.

AzərTAc xəbər verir ki, səyyar “ASAN xidmət” 10 gün müddətində Abşeron rayonunda 2395 sakinin müraciətinə baxmışdır.

Müraciətlərin əksəriyyəti şəxsiyyət vəsiqələrinin alınması və dəyişdirilməsi, eləcə də sürücülük vəsiqələrinin dəyişdirilməsi ilə bağlı olmuşdur.

Səyyar “ASAN xidmət”in həyata keçirilməsinin əsas məqsədi dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi və vətəndaş məmnunluğuna nail olmaqdır.

AzərTac.az