İsveçrədə Xocalı soyqırımı ilə bağlı etiraz aksiyası keçirilib

Posted by

İsveçrədə Xocalı soyqırımı ilə bağlı etiraz aksiyası keçirilib

İsveçrədə Xocalı soyqırımı ilə bağlı etiraz aksiyası keçirilib

İsveçrədə Xocalı soyqırımı ilə bağlı etiraz aksiyası keçirilib

İsveçrənin paytaxtı Bern şəhərində “İsveçrədə Azərbaycanlıların Mədəniyyət Mərkəzi”nin təşkilatçılığı ilə Xocalı soyqırımının 22-ci ildönümünə həsr edilmiş etiraz aksiyası keçirilib. Azərbaycanın İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığındakı səfirliyindən SİA-ya verilən xəbərə görə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə başlanan “Xocalıya Ədalət” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində Bern şəhərinin mərkəzi meydanlarının birində keçirilən tədbirdə İsveçrədə fəaliyyət göstərən Azərbaycan diasporasının üzvləri, bu ölkədə təhsil alan azərbaycanlı tələbələr və elmi fəaliyyətlə məşğul olan ziyalılar iştirak ediblər.

 

İki saat davam edən aksiyada çoxsaylı Azərbaycan bayraqları dalğalandırılıb, “Xocalıya ədalət”, “Erməni işğalına son”, “Xocalı soyqırımında iştirak edənlər məsuliyyətə cəlb edilsin” və digər şüarları əks etdirən plakatlar, ingilis, alman və fransız dillərində müxtəlif nəşrlər, dünya mətbuatında Xocalı qətliamı ilə bağlı dərc edilmiş məqalələr, habelə hadisəni əks etdirən fotoşəkillər nümayiş etdirilib.

 

İsveçrədə təhsil alan tələbələrimiz və diaspora nümayəndələri tərəfindən fəallıqla yerli əhaliyə Ermənistan- Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və xüsusilə də Xocalı faciəsi ilə bağlı dolğun məlumatlar verilib, yaddaş vərəqələri paylanılıb. Bundan əlavə, yerli sakinlərin və xarici turistlərin Xocalı qətliamı barədə daha asan məlumatlandırılması məqsədilə “sual-cavab” şəklində vərəqələr yayılaraq, sualları doğru cavablandıran şəxslərə üzərində “Xocalıya Ədalət” kampaniyasının İnternet səhifəsi olan “www.justiceforkhojaly.org” əks olunan suvenirlər təqdim edilib.

 

Sonda meydanda “Xocalı – 613” yazısını əks etdirən şamlar yandırılıb və qətliamda şəhid olan şəxslərin ruhu yad edilib.

 

sia.az