Suriyalı qaçqınlara ərzaq yardımını dayandırmaq məcburiyyətində qalan BMT dünya ictimaiyyətinə müraciət edib

Posted by

Suriyalı qaçqınlara ərzaq yardımını dayandırmaq məcburiyyətində qalan BMT dünya ictimaiyyətinə müraciət edibSuriyalı qaçqınlara ərzaq yardımını dayandırmaq məcburiyyətində qalan BMT dünya ictimaiyyətinə müraciət edib

Suriyalı qaçqınlara ərzaq yardımını dayandırmaq məcburiyyətində qalan BMT dünya ictimaiyyətinə müraciət edib

BMT-nin Qaçqınlar üzrə Agentliyi bir müddət öncə maliyyə böhranı səbəbindən 1,7 milyondan artıq suriyalı qaçqına ərzaq yardımını dayandırmaq məcburiyyətində qaldığını elan etmiş Ümumdünya Ərzaq Proqramına təcili beynəlxalq dəstək verilməsinə çağırıb.

 

BMT QAK-ın Azərbaycandakı nümayəndəliyindən APA-ya verilən məlumata görə, BMT-nin Qaçqınlar üzrə Ali Komissarının müraciətində deyilir: “Qış artıq suriyalı qaçqınların həyatında son dərəcə çətin dövrdür, amma bu mühüm məqamda ərzaq yardımının dayandırılması vəziyyəti daha da pisləşdirəcək. Bu, ən əlverişsiz durumda olan və demək olar bütünlüklə beynəlxalq yardımdan asılı vəziyyətdə olan on minlərlə qaçqın ailəsinə təsir göstərəcək. Mən təcili olaraq beynəlxalq birliyə müraciət edirəm – Ümumdünya Ərzaq Proqramına dəstək verin, qaçqınları ac qalmağa qoymayın”.

 

Müraciətdə daha sonra bir müddət öncə Romada Ümumdünya Ərzaq Proqramının icraçı direktoru Eterin Kaznın agentliyin Suriyadakı fövqəladə əməliyyatları üçün təcili maliyyə vəsaitinə ehtiyac olması, o cümlədən müharibənin yaralar vurduğu xalqın qonşuluğunda olan və qaçqınları qəbul edən ölkələrdə dekabrda təkcə qaçqınlara ərzaq yardımı üçün 64 milyon ABŞ dolları tələb olunması barədə fikirlərinə də istinad olunub. Bildirilib ki, 2011-ci ildə Suriya münaqişəsi başlayandan bəri Ümumdünya Ərzaq Proqramı Livan, İordaniya, Türkiyə, İraq və Misirdə 1,8 milyona qədər qaçqının ərzaq ehtiyaclarını ödəyib.

 

Ümumdünya Ərzaq Proqramı bildirib ki, yeni maliyyə vəsaitləri daxil olarsa, o, suriyalı qaçqınlara yardım göstərmək işini dərhal bərpa edəcək ki, bu da onların elektron vauçer sistemi vasitəsi ilə yerli dükanlarda ərzaq almalarına imkan yaradacaq.

 

Qeyd olunub ki, ərzaq yardımının dayandırılmasının xüsusilə Livan üçün ağır nəticələri ola bilər, orada 1,1 milyondan artıq (ölkənin bütün əhalisinin dörddə biri qədər) suriyalı qaçqın var ki, onlar təxminən 1700 icma ərazisi üzrə müvəqqəti məskunlaşıb: “Rəsmi qaydada salınmış çadırlar yoxdur və qaçqınların çoxu kustar üsulla düzəldilmiş məskənlərdə, çardaqlarda, qarajlarda və yarımçıq binalarda yaşayırlar.

 

Ərzaq yardımına görə Ümumdünya Ərzaq Proqramı cavabdehlik daşısa da, hazırda BMT QAK Livanda təxminən 132.000 qaçqın ailəsinin (660.000 nəfərin) qış mövsümündən sağ çıxması üçün onlara yardım göstərməyə yönələn 56 milyon dollarlıq qışa hazırlıq əməliyyatını həyata keçirir. Yardıma bunlar daxildir: əlverişsiz havadan qorunmaq üçün sığınacaq dəstlərinin, sobaların, ədyalların, qışda ailələrin isti və quru şəraitdə qalması üçün yanacaq və digər əşyalar almaqdan ötrü nağd vauçerlərin paylanması. BMT QAK suriyalı qaçqınların qışdan salamat çıxmasına yardım göstərmək üçün regiona 103 milyon dollar vəsait qoyub”.

 

Apa.az