Sumqayıt Kimya Sənaye Parkında fəaliyyət üçün nümunəvi investisiya layihələri hazırlanıb

Posted by

Qeyri-neft sektorunda ən iri layihələrdən olan Sumqayıt Kimya Sənaye Parkının mütəxəssislərinin iştirakı ilə Sənaye Parkında fəaliyyət göstərmək istəyən potensial investorlara dəstək məqsədilə inşaat, lak-boya, şüşə, karton və digər sənaye sahələrini əhatə edən nümunəvi investisiya layihələri hazırlanıb.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, investisiya layihələri hazırlanarkən dünya kimya bazarının aparıcı tendensiyaları nəzərə alınıb.

Qeyd edək ki, investisiya layihələri çərçivəsində istehsal olunacaq məhsullara həm ölkədə, həm də regionda böyük tələbat mövcuddur.

Sumqayıt Kimya Sənaye Parkına investorların cəlb olunması məqsədilə “Sumqayıt Kimya Sənaye Parkı” MMC tərəfindən yerli və xarici şirkətlərlə işgüzar görüşlər keçirilir, ölkə daxilində və beynəlxalq tədbirlərdə Sumqayıt Kimya Sənaye Parkının təqdimatları təşkil edilir, ikitərəfli danışıqlar aparılır.

Trend.az