İstanbulda NATO kollektiv regional təliminin 7-ci planlaşdırma görüşü keçiriləcək

Posted by

İstanbulda NATO kollektiv regional təliminin  7-ci planlaşdırma görüşü keçiriləcəkİstanbulda NATO kollektiv regional təliminin 7-ci planlaşdırma görüşü keçiriləcək

İstanbulda NATO kollektiv regional təliminin  7-ci planlaşdırma görüşü keçiriləcək

NATO kollektiv regional təliminin (REGEX-14) 7-ci planlaşdırma görüşü keçiriləcək.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş oktyabrın 14-dən 18-dək İstanbulda olacaq.

 

Oktyabrın 12-dən 17-dək Almaniyanın Ellvaqen şəhərində “Müxtəlifliyə uyğunlaşma: Dil təlimi ilə bağlı təkmilləşmiş yanaşma” mövzusunda seminar keçiriləcək.

 

Oktyabrın 13-dən 17-dək İstanbulda Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi və Türkiyə Hərbi Dənizçilik Məktəbi arasında müəllim mübadiləsi olacaq. Oktyabrın 13-dən 24-dək Çexiyanın Vışkov şəhərində Sülhü dəstəkləmə əməliyyatlarının planlaşdırılması və qiymətləndirilməsi üzrə təlim kursu baş tutacaq.

 

Tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.

 

Apa.az