İstanbulda Dağlıq Qarabağ münaqişəsinin qurbanlarına həsr olunmuş fotosərgi açılıb

Posted by

İstanbulda Dağlıq Qarabağ münaqişəsinin qurbanlarına həsr olunmuş fotosərgi açılıb

İstanbulda Dağlıq Qarabağ münaqişəsinin qurbanlarına həsr olunmuş fotosərgi açılıb

İstanbulda Dağlıq Qarabağ münaqişəsinin qurbanlarına həsr olunmuş fotosərgi açılıb

İstanbulda XIV əsrə aid “Tophane-i Əmir” mədəniyyət və incəsənət mərkəzində (Memar Sinan Universiteti) Dağlıq Qarabağ münaqişəsinin qurbanlarına həsr olunmuş fotosərginin açılışı olub. Bu barədə Avropa Azərbaycan Cəmiyyətindən Trend-ə verilən məlumatda deyilir.

Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Türkiyə təmsilçiliyi tərəfindən təşkil edilən bu təsirli sərgidə tanınmış alman fotoqrafı Filip Ratmerin ruhlandırıcı işləri nümayiş olunur.

O, əvvəllər Mixael Şumaxer, Ledi Qaqa, Jay Z, Sofi Loren və Luçiano Pavarotti kimi məşhurların fotoşəkillərinin müəllifi olub.

Qonaqlar arasında müəllif və teleaparıcı Pelin Batu, aktrisa Vilma Velles, İstanbul opera və balet teatrının bədii rəhbəri Beyhan Merfi, qalereyaçı Murad Pirevneli, Türkiyə-Amerika Biznes Birliyinin prezidenti Zeynəb Dereli, mədəniyyət və elmi axtarışlar fondundan İnci Aksoy və Belçikadakı Türkiyə kosulu Kəmaləddin Eruyğur kimi tanınmış simalar vardı.

Sərgilənən 50 fotoşəkilin hamısı Ağcabədi rayon ərazisində yerləşən Taxtakörpü qəsəbəsi və Ağdamın Quzanlı qəsəbəsində, eləcə də Bakının Dərnəgül və Qızılqum məcburi köçkün düşərgələrində çəkilib.

TEAS-ın Türkiyə Nümayəndəliyinin rəhbəri Rəna Rzayeva sərginin açılış mərasimində deyib: “Mən sizin hamınızdan soruşmaq istəyirəm. Siz nə vaxtsa, öz evinizdən didərgin salınmısınızmı? Sizin torpaqlar nə vaxtsa qanunsuz olaraq əlinizdən alınıbmı? Siz nə vaxtsa tanış olmayan başqa məkana köçməyə məcbur edilmisinizmi? Azərbaycan əhalisinin doqquzda bir hissəsi qaçqın və məcburi köçkündür, Azərbaycan torpaqlarının təxminən beşdə bir hissəsi isə erməni işğalında qalmaqdadır. Bu insan faciəsi 20 ildən artıqdır ki, davam edir və bu münaqişə öz həllini tapmır. Bütün azərbaycanlılar kimi, biz də Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini axtarır və qanuni torpaqlarımızın tezliklə geri qaytarılmasını tələb edirik”.

Sonra o, bir neçə fotoşəkilə istinad edərək bildirib: “Bu gün axşam bizi qalereyada sərgilənən fotoşəkillərdəki uşaq və gənclərin, kişi və qadınların müxtəlif simaları əhatə edir. Onlardan hər biri öz şəxsi faciəsini açıqlayır. Bu layihədə yer almış ən yaşlı məcburi köçkünün fotoşəkli 86 yaşda olan Samaya Məmmədovadır. Onun üzündəki qırışlar sanki onun əzablı və çətin həyatını təsvir edir. Erməni işğalı zamanı o, ailəsi ilə birlikdə Şuşanı tərk etmişdir. Onun oğlu könüllü olaraq müharibədə iştirak edib. 1992-ci ildə o, itkin düşmüş və onun sonrakı taleyi haqda heç nə məlum deyil. Həyat yoldaşının və doğma qızının ölümündən sonra onun axirətdə onlara qovuşmaq kimi yeganə bir arzusu var”.

Filip Ratmer bu mövzuya öz yanaşmasını belə izah etdi: “Mən, bu insanların simalarını iri miqyasda çəkməklə onların ağrı və acılarını təqdim etmək istədim. Hər sima, dolayısı yolla işıqlandırılmış qara fonda, eyni qaydada çəkilmişdir və bu zaman diqqətimi simalardakı həyat hekayələrinin göstərilməsinə yönəltdim. Siz, onların gözlərindən və üzlərindəki qırışlardan ağrı və acını hiss edə bilərsiniz. Diqqətimi insanın halı, vəziyyəti, taleyi üzərində cəlb etmişəm, hər kəsin adını, yaşını, işini, yaşadığı düşərgəni və köçkün düşdüyü məkanı qeyd etmişəm. Onların hər biri mənə öz arzu-istəklərini danışıb. Öz evinə qayıtmaq istəyi insanların arzusunda ümumi idi. Çəkdimyim insanlar 6-86 yaşlar arasında idilər və bəziləri öz doğma yurdlarını belə görməmişdilər. Onların simalarında əzab və ağrıların, həmçinin bir gün hər hansı bir yolla işğal olunmuş rayonlara qayıdacaqlarının ümidi sezilir”.

 

Trend.az