“İsrail və Azərbaycan müdafiə və energetika sahəsində qabaqcıl tərəfdaş olublar”

Posted by

"İsrail və Azərbaycan müdafiə və energetika sahəsində qabaqcıl tərəfdaş olublar"“İsrail və Azərbaycan müdafiə və energetika sahəsində qabaqcıl tərəfdaş olublar”

"İsrail və Azərbaycan müdafiə və energetika sahəsində qabaqcıl tərəfdaş olublar"

İsrail və Azərbaycan müdafiə və energetika sahələrində qabaqcıl tərəfdaşlar olublar. Trend-in “WorldTribune.com”-a istinadən verdiyi məlumata görə, bu barədə İsrailin “Begin-Sadat” Strateji Araşdırmalar Mərkəzinin məruzəsində deyilir.

 

Məruzədə qeyd edilir ki, ikitərəfli əlaqələr nəzərəçarpacaq dərəcədə yaxşılaşıb.

 

Bildirilir ki, Azərbaycan enerji resurslarının qabaqcıl tədarükçülərindən biridir, İsrail isə bu ölkəyə müasir silahlar ixrac edir.

 

2012-ci ildə ölkələr arasında Azərbaycana pilotsuz uçuş aparatları, HHM sistemləri, müasir silahların tədarükü üzrə 1,6 milyard dollarlıq müqavilə imzalanıb: “Müdafiə, kəşfiyyat və terrorizmlə mübarizə sahələrində strateji əlaqələr bariz surətdə təsdiq edir ki, iki ölkə təhlükəli regionda uğurlu əməkdaşlıq üçün yol tapa bilib”.

 

Trend.az