ƏƏSMN-in elektron informasiya sisteminə daxil edilən əmək müqaviləsi bildirişlərinin sayı bir milyonu ötüb

Posted by

ƏƏSMN-in elektron informasiya sisteminə daxil edilən əmək müqaviləsi bildirişlərinin sayı bir milyonu ötübƏƏSMN-in elektron informasiya sisteminə daxil edilən əmək müqaviləsi bildirişlərinin sayı bir milyonu ötüb

ƏƏSMN-in elektron informasiya sisteminə daxil edilən əmək müqaviləsi bildirişlərinin sayı bir milyonu ötüb

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) elektron informasiya sisteminə (EİS) əmək müqaviləsi bildirişlərinin daxil edilərək qeydiyyatdan keçirilməsi prosesi günbəgün sürətlənir. Belə ki, bu gün EİS-ə daxil edilən əmək müqaviləsi bildirişlərinin sayı artıq bir milyonu (1 milyon 1976 bildiriş) ötüb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, bu islahat tədbirinin uğurla həyata keçirilməsi Azərbaycan Prezidentinin 2014-cü il 3 fevral tarixli Fərmanına əsasən, cari ilin 1 iyulundan tətbiqinə başlanılan əmək müqaviləsi bildirişi üzrə EİS-nin işçi və işəgötürənlərin maraq və mənafelərini aydın şəkildə əks etdirdiyini, onun texniki infrastrukturunun mükəmməl şəkildə hazırlandığını təsdiq edir. Yalnız onu qeyd etmək kifayətdir ki, prosesə başlandığı ilk günlərdən “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” e-xidməti “Elektron hökumət” portalı vasitəsilə ən çox istifadə edilən elektron xidmət növləri sırasında qərar tutub.

Əmək hüquqlarının təminatına dövlət nəzarəti mexanizminin təkmilləşdirilməsinə xidmət edən bu proses ƏƏSMN tərəfindən əhali, xüsusən işəgötürənlər arasında çoxşaxəli təbliğat-məlumatlandırma işlərinin aparılması ilə müşaiyyət olunub. Ölkənin bütün bölgələrində işəgötürənlər üçün “Açıq qapı günü-vətəndaş forumu” çərçivəsində məlumatlandırma tədbirləri həyata keçirilib və onlara əməli köməklik göstərilməsi üçün hər bir regionda “Yardımçı masaları” yaradılıb. Həmçinin müvafiq metodiki göstərişlər və yardımçı materiallar ƏƏSMN-nin rəsmi internet saytında (www.mlspp.gov.az) yerləşdirilib, Nazirliyin “142-Çağrı mərkəzi”nin müvafiq mövzu ilə bağlı olaraq məlumatlandırma funksiyaları genişləndirilib.

 

Trend/az